FETÖ-yə qarşı əməliyyatlarımız davam edir - Ərdoğan
FETÖ-yə qarşı mübarizəmiz davam edir. 1 634 nəfərə ömürlük həbs cəzası verilib. Cəzaçəkmə müəssisələrində 11 min təşkilat üzvü var. Əməliyyatlarımız davam edir.
15 iyulda millətimiz tarix yazdı - Ərdoğan
Bu millət həmin gecə bir tarix yazdı. Daşıdığı güclü imanla bu millət min ildir ki, məzlumlara ümid, düşmənlərə qorxu verən bir millətdir. FETÖ-çülərin ölkəmizi sürükləmək istədiyi çirkli bataqlıq o gecə göstərilən mübarizə ilə quruduldu. Bu işğal cəhdi dəf edildi.
Türkiyədə oyunlar heç vaxt bitməyəcək, biz ayıq olmalıyıq- Fuat Oktay
Bu bölgədə oyunlar heç vaxt bitməyəcək, biz ayıq olmalıyıq.
15 iyul milli iradənin simvoludur - Kalın
15 iyul ruhunu hər zaman qoruyacağıq, Terrorsuz Türkiyə üçün daim mübarizə aparacağıq.
Xalqın iradəsi FETÖ-nün planlarını alt-üst etdi - Fidan
Türkiyəyə zərər vermək cəhdi keçmişdə olduğu kimi bundan sonra da uğursuzluğa məhkumdur.
15 İyul - Türk xalqının demokratiya uğrunda dirənişi
2016-cı ilin 15 iyul gecəsi Türkiyə tarixinin ən kritik dönəmlərindən biri yaşandı. Orduya uzun illər sızmış FETÖ (Fətullahçı Terror Təşkilatı) tərəfindən həyata keçirilən hərbi çevriliş cəhdi, ölkənin demokratik nizamını məhv etmək məqsədi daşıyırdı. Lakin bu gecə həm də Türk xalqının azadlıq, iradə və milli birlik uğrunda göstərdiyi misilsiz qəhrəmanlığın simvoluna çevrildi.