Çinlə enerji sahəsində əməkdaşlıq edə biləcəyimiz çox sahə var - Bayraktar
Türkiyə Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar, Türkiyə ilə Çin arasında fərqli coğrafiyalarda əməkdaşlığın mümkün olduğunu bildirərək, “Bu əməkdaşlıq Afrika, Yaxın Şərq, Orta Asiya və ya Balkanlarda ola bilər. Bu bölgələrdə də əməkdaşlığa açığıq,” – deyə qeyd edib. Nazir Bayraktar, Çin dövlət televiziyasına bağlı CGTN Türk kanalına verdiyi müsahibədə Türkiyə ilə Çin arasında enerji əməkdaşlığına dair qiymətləndirmələr aparıb.
Türkiyə ilə Konqo arasında enerji sahəsində əməkdaşlıq müzakirə olunub
Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar, Konqonun Baş naziri Anatol Kolline Makosso ilə enerji və mədən sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.