"Qalatasaray" Türkiyə Superkubokunda finala yüksəlib
Bu gün futbol üzrə Türkiyə Superkubokunun ilk yarımfinal matçı baş tutub. “Qalatasaray” doğma meydanda “Trabzonspor”la qarşılaşıb. 4:1 hesabı ilə qalib gələn İstanbul təmsilçisi adını finala yazdırmağı bacarıb.
"Fənərbağça" niderlandlı futbolçunu heyətinə qatdı
"Fənərbağça" qış transfer pəncərəsində ilk transferini gerçəkləşdirib. İstanbul nəhəngi "Samsunspor"un niderlandlı futbolçusu Entoni Musaba ilə 4,5 illik müqaviləyə imza atıb. Bu transfer "Fənərbağça"ya 5 milyon avroya başa gəlib.
Türkiyə Süper Liq Tarixində Ən Çox Xal Toplayan Klublar Açıqlanıb
Türkiyə Futbol Federasiyasının statistikalarına əsasən, Süper Liq tarixində ən çox xal toplayan komandalar siyahısı yenilənib. Siyahıya 4438 xalla Fenerbahçe klubu liderlik edir. Sarı-lacivərtliləri 4401 xalla Galatasaray, 4215 xalla isə Beşiktaş izləyir. Dördüncü pillədə 3035 xalla Trabzonspor, beşinci sırada isə 2191 xalla Bursaspor qərarlaşıb. Ankaragücü 2176 xalla altıncı, Gençlerbirliği 2071 xalla yeddinci sıradadır.