ABŞ SDQ-nin buraxılmasını tarixi hadisə adlandırdı
ABŞ-ın Ankaradakı səfiri və Suriya-İraq üzrə xüsusi nümayəndəsi Tom Barrak SDQ/YPG-nin özünü buraxaraq Suriya ordusuna inteqrasiya olunduğunu elan etməsini “tarixi hadisə” adlandırıb. Barrak bildirib ki, Suriya vahid dövlət modelinə doğru irəliləyir. Onun sözlərinə görə, SDQ-nin Suriya dövlət institutlarına nizamlı şəkildə inteqrasiyası keçmişdəki parçalanmanı tərəfdaşlığa çevirib.
Dəməşqdə Makronun qaldığı otelin yaxınlığında iki partlayış baş verib (Yenilənib)
Suriyanın paytaxtı Dəməşqdə Fransa Prezidenti Emmanuel Makronun qaldığı otelin yaxınlığında partlayış baş verib. İlkin məlumata görə, partlayış Makronun yerləşdiyi otelin ətrafında qeydə alınıb. Hadisənin səbəbi, mümkün itkilər və dağıntılar barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
NATO sammitinin ən çətin mərhələsi Donald Trampı Ankaraya gəlməyə razı salmaq idi - Hakan Fidan
Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO-nun Ankarada keçirilən 36-cı Zirvə Toplantısının ən çətin mərhələsinin ABŞ Prezidenti Donald Trampı sammitdə iştiraka razı salmaq olduğunu bildirib. Onun sözlərinə görə, bu məqsədə nail olunması ilə ən mühüm maneə aradan qaldırılıb.
Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri Suriya Prezidenti ilə görüşəcək
Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, ikitərəfli və regional təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Suriya paytaxtı Şamda səfərdədir. Görüşdə ikitərəfli əlaqələr, regional təhlükəsizlik problemləri və bölgədəki son inkişafların müzakirə olunacağı gözlənilir.
Türkiyə və Suriya arasında pasportla gediş-gəliş bərpa edilib
Türkiyə, prezident Bəşşar Əsədin devrilməsindən sonra Şamda səfirliyini yenidən açan ilk ölkə oldu. 15 dekabrda səfirliyin fəaliyyətə başlamasının ardından qarşılıqlı diplomatik səfərlər və danışıqlar intensivləşib. Hazırda Ankara, Suriya Dövlət Başçısı Əhməd əş-Şəraanın ən böyük tərəfdarları arasında göstərilir.