İHH İnsani Yardım Vəqfi Qəzzada bərpa işlərinə başlayıb
Türkiyənin İHH İnsani Yardım Vəqfi, İsrailin uzunmüddətli hücumları nəticəsində ciddi dağıntılara məruz qalan Qəzza zolağında bərpa fəaliyyətlərinə başlayıb. Məlumata görə, təşkilat Qəzzanın şimal bölgəsində yolların açılması və dağıntıların aradan qaldırılması istiqamətində genişmiqyaslı işlər aparır. Əsas məqsəd bölgə sakinlərinin həyat şəraitini normallaşdırmaq və yaşayış məntəqələrini yenidən istifadəyə yararlı hala gətirməkdir.
İstanbulda kafe və restoranlar Qəzzaya dəstək üçün gündəlik gəlirlərini ianə edəcəklər
İstanbulun Üsküdar rayonundakı kafe və restoranlar sentyabrın 12-də, cümə günü, gündəlik gəlirlərini Qəzzaya yardım məqsədilə ianə edəcəklər. Bu təşəbbüs bölgədə baş verən humanitar faciəyə diqqət çəkməyi hədəfləyir. “Üsküdardan Qəzzaya ürəklər körpüsü” adlı kampaniya İnsan Haqları və Azadlıqları Fondu (İHH), “Sadakataşı” Dərnəyi, “Deniz Feneri” Dərnəyi və Aziz Mahmud Hüdayi Fondu tərəfindən dəstəklənərək davam etdirilir.