Tramp Pxenyanla yüksək səviyyəli danışıqları bərpa etməyə hazırlaşır
ABŞ Prezidenti Donald Tramp bu il Şimali Koreya rəhbəri Kim Çen Inla görüşəcəyini açıqlayıb. Tramp görüşün vaxtı və keçiriləcəyi yer barədə məlumat verməyib. ABŞ prezidenti Kim Çen Inla münasibətlərinin yaxşı olduğunu bir daha vurğulayıb. O, Şimali Koreyanın nüvə imkanlarından da danışaraq Pxenyanın 57 nüvə silahına malik olduğunu iddia edib. Tramp son günlər ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərinin miqyasının azaldılması barədə göstəriş verib. Pxenyan isə bu addımın ABŞ-yə münasibətini dəyişmədiyini bildirib. Kim Yo Çjon buna baxmayaraq, qardaşının Trampla bağlı yaxşı xatirələrinin qaldığını açıqlayıb. Tramp və Kim Çen In arasında mümkün yeni görüş iki ölkə arasında uzun müddətdir dayanmış yüksək səviyyəli danışıqların yenidən başlanmasına yol aça bilər.
Soyuq müharibənin ən sirli layihəsi - Zehni güclə kəşfiyyat mümkün idimi?
Soyuq müharibə dövründə ABŞ və Sovet İttifaqı arasında rəqabət yalnız nüvə silahları, kosmik texnologiyalar və kəşfiyyat əməliyyatları ilə məhdudlaşmırdı. Hər iki supergüc insan zehninin imkanlarını hərbi və kəşfiyyat məqsədləri üçün istifadə etməyə yönəlmiş qeyri-adi layihələrə də milyonlarla dollar vəsait ayırmışdı. 1978-ci ildə Sovet İttifaqına məxsus “Tupolev Tu-22” bombardmançı təyyarəsi Mərkəzi Afrikada kəşfiyyat uçuşu zamanı qəzaya uğradıqdan sonra ABŞ və Sovet İttifaqı arasında onun qalıqlarını ilk tapmaq uğrunda gizli yarış başladı. Moskva üçün təyyarənin ABŞ-ın əlinə keçməsi məxfi texnologiyaların itirilməsi riski yaradırdı. Vaşinqton isə qəzaya uğramış təyyarəni Sovet hərbi texnologiyalarını öyrənmək üçün nadir fürsət hesab edirdi.
Tarixin ən ölümcül 7 silahı
Müharibə tarixində bəşəriyyətin istifadə etdiyi silahlar daşdan nüvə raketlərinə qədər dəyişib, amma bəziləri dağıdıcılıq gücü və döyüş taktikasına təsiri ilə seçilərək tarixi formalaşdırıb. Bu silahların hər biri yalnız döyüş meydanını deyil, həm də dövlətlərin siyasətini və beynəlxalq münasibətlərin istiqamətini dəyişərək tarixin ən ölümcül silahları kimi yadda qalıb.