Avropada elektrik kəsintisi riski artır - İspaniya və Portuqaliya ön sırada
Avropada elektrik şəbəkəsində yeni genişmiqyaslı kəsintilərin baş verməsi ehtimalı qalmaqdadır. İngiltərə mərkəzli Ember düşüncə mərkəzinin araşdırmasına görə, xüsusilə İber yarımadası ölkələri – İspaniya və Portuqaliya – qitənin enerji sisteminə məhdud bağlantılar səbəbindən daha yüksək risk altındadır.