Böyük Britaniyanın müdafiə naziri istefa verdi
Böyük Britaniyanın müdafiə naziri Con Hili gözlənilmədən tutduğu vəzifədən istefa vermək qərarına gəlib. Məlumata görə, təcrübəli siyasətçi özünün rəsmi sosial şəbəkə hesablarında ictimaiyyətə açıq istefa məktubu dərc edib.
Britaniya Baş naziri Türkiyəyə səfərində Eurofighter qırıcılarını da özü ilə gətirib
Böyük Britaniyanın Baş naziri Keir Starmer Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya rəsmi səfər edib. Starmer Krallıq Hava Qüvvələrinə məxsus üç “Eurofighter Typhoon” qırıcısını da özü ilə gətirib. Baş nazirin təyyarəsi Mürted Hava Bazası Komandanlığında enib. Starmeri Türkiyənin milli müdafiə naziri Yaşar Güler qarşılayıb. Gülerlə birlikdə Krallıq Hava Qüvvələrinin üç “Eurofighter Typhoon” döyüş təyyarəsinin yer aldığı əraziyə keçən Starmer, təyyarələri şəxsən incələyib, pilotlar və texniki heyətlə qısa söhbət aparıb.
Britaniya Ukraynaya dəstəyi davam etdirəcək - Böyük Britaniya MN
Böyük Britaniyanın müdafiə naziri Con Hili Ukrayna müharibəsi ilə bağlı Rusiya prezidenti Vladimir Putinə mesaj ünvanlayıb. Onun sözlərinə görə, London müharibə davam etdiyi müddətdə Kiyevə dəstəyini gücləndirərək davam etdirəcək.