Zəfər xronikası. 20 oktyabr 2020-ci il: Birinc vitse-prezidenti Mehriban Əliyeva Zəngilan şəhərinin işğaldan azad olunması ilə bağlı paylaşım edib
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.