Səudiyyə Ərəbistanında iqtisadi göstəricilər və “Vizyon 2030” proqramının icrası müzakirə olunub
Səudiyyə Ərəbistanının İqtisadiyyat və İnkişaf Məsələləri Şurası videokonfrans formatında iclas keçirərək ölkənin iqtisadi vəziyyəti, "Vizyon 2030" proqramının icrası və bir sıra strateji istiqamətlər üzrə hesabatları müzakirə edib. İclas zamanı İqtisadiyyat və Planlaşdırma Nazirliyinin aylıq hesabatı təqdim olunub. Hesabatda qlobal iqtisadiyyatda baş verən son dəyişikliklər, iqtisadi artım perspektivləri, regional proseslərin milli iqtisadiyyata mümkün təsirləri, həmçinin Səudiyyə Ərəbistanının regionun aparıcı iqtisadi və logistika mərkəzi kimi mövqeyini gücləndirən imkanlar qiymətləndirilib.
OPEK-dən hidrogen bazarına: Ər-Riyad yeni enerji dövrünə hazırlaşır
Səudiyyə Ərəbistanının bu gün həyata keçirdiyi enerji transformasiyası dünyanın ən mürəkkəb dəyişikliklərindən biridir. Bu mürəkkəblik təkcə texniki və iqtisadi ölçülərlə məhdudlaşmır, söhbət krallığın beynəlxalq sistemdəki geosiyasi rolunun yenidən tərif edilməsindən gedir.