Səudiyyə Ərəbistanına qar yağıb
Səudiyyə Ərəbistanının Təbuk bölgəsində yerləşən Cəbəl əl-Lavz dağında güclü qar yağışı qeydə alınıb. Qısa müddətdə yağan intensiv qar dağın yüksək ərazilərini ağ örtüklə bürüyüb, bölgədə hava şəraitinin kəskin dəyişdiyini bildirilir. Yerli mənbələrin məlumatına görə, qar yağışı bölgədə hava temperaturunun əhəmiyyətli dərəcədə enməsi fonunda baş verib. Hadisə sosial şəbəkələrdə geniş əks-səda doğurub, istifadəçilər Cəbəl əl-Lavzun ağ örtüyə bürünmüş görüntülərini paylaşıblar.