Türkiyə yeni nüvə enerjisi layihələrini həyata keçirməyi planlaşdırır - Ərdoğan
O, həmçinin ölkədə aşkar edilən nadir torpaq elementlərinin əhəmiyyətli ehtiyatları barədə məlumat verib. Türkiyə prezidenti bildirib ki, Əskişəhər vilayətinin Bəylikova rayonunda təxminən 694 milyon ton barit, flüorit və digər nadir torpaq elementləri aşkar edilib və bu, dünyanın ikinci ən böyük yatağıdır.
Nüvə enerjisi Türkiyənin gələcəyidir - Bayraktar
Türkiyənin Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar nüvə enerjisinin təkcə təmiz enerji mənbəyi deyil, həm də ölkənin artan iqtisadi ehtiyacları baxımından strateji zərurət olduğunu bildirib.