Suriya ordusu Tabkada iki əsas neft yatağını nəzarətə götürdü
Suriya ordusu son sutka ərzində həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində Fərat çayının qərbində strateji mövqeləri SDQ nəzarətindən çıxarıb. Suriya Silahlı Qüvvələri son 24 saat ərzində Deyr Hafir və Məskənə xəttində apardığı əməliyyatları uğurla başa çatdıraraq ərazini terrorçu qruplaşmalardan təmizləyib. Ordunun Tabka istiqamətində irəliləməsi nəticəsində Safyan və Əs-Savra neft yataqları, eləcə də Ər-Rəsafə yol qovşağı tam nəzarətə götürülüb. Bununla da SDQ-nin Fəratın qərbindəki əsas iqtisadi dayaqlarından biri kəsilib.