Azad Cammu Kəşmirin prezidenti Sultan Mehmud Çaudri vəfat edib
Pakistanın nəzarətində olan Azad Cammu Kəşmir bölgəsinin prezidenti Sultan Mehmud Çaudri 71 yaşında dünyasını dəyişib. Sultan Mehmud Çaudri uzun sürən xəstəlikdən sonra İslamabad şəhərində vəfat edib. Bu barədə Dawn qəzeti Pakistan Xalq Partiyasının açıqlamasına istinadən məlumat yayıb.