Bakıda şaxtalı hava ilə əlaqədar bir sıra yollarda sürət həddi endirildi
Paytaxt ərazisində müşahidə olunan şaxtalı hava şəraiti ilə əlaqədar yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bəzi magistral və əsas yollarda sürət məhdudiyyətləri tətbiq edilib. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaydığı məlumata əsasən, hazırda Bakıda hökm sürən şaxtalı hava şəraiti səbəbindən Zığ dairəsi–Hava Limanı avtomobil yolunda maksimal sürət həddi 40 km/saatadək endirilib.