Rusiyanın Alyaska peşmanlığı: tarixi satışdan Arktik rəqabətinə uzanan yol
Alyaska bu gün ABŞ-ın 50 ştatından biri kimi tanınsa da, onun keçmişi Rusiya imperiyasının Amerika qitəsindəki mövcudluğu ilə sıx bağlıdır. Tarixi proseslər, geosiyasi hesablamalar və texnoloji məhdudiyyətlər nəticəsində verilmiş bir qərar sonradan Moskva üçün uzunmüddətli peşmanlıq mövzusuna çevrilib.Alyaska ərazisinə ilk avropalıların gəlişi 1741-ci ilə təsadüf edir. Həmin dövrdə danimarkalı dənizçilərin bölgəyə çatmasından sonra Rusiya ərazisindən olan ovçular Alyaskaya yönəlib və 1784-cü ildə burada ruslara məxsus ilk yaşayış məntəqələri yaradılıb. Zamanla Rusiya bölgədə idarəetmə strukturu formalaşdırıb, ticarət şirkətləri qurub və Alyaskanı imperiyanın uzaq, lakin strateji ərazisi kimi dəyərləndirib.