"300 ER" raketləri ilk dəfə "AKINCI"nın qanadı altında sınaqdan keçirildi
Türkiyənin milli müdafiə sənayesi nəhəngi "ROKETSAN" tərəfindən istehsal edilən "300 ER" aeroballistik raketi "Bayraktar AKINCI" zərbə PUA-sının qanadı altında görüntülənib.
ROKETSAN Səudiyyə Ərəbistanında sənaye ekosistemini təqdim edib
ROKETSAN Türkiyənin milli raket və sursat layihələrində iştirak edən 15 kiçik və orta sahibkarlıq subyektini beynəlxalq arenada təqdim edib. Şirkət Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən World Defense Show sərgisində strateji tərəfdaşları ilə birlikdə iştirak edərək formalaşdırdığı sənaye ekosistemini nümayiş etdirib. Bu addım alt podratçıların da qlobal bazara çıxışını hədəfləyir.
Sudanda "Bayraktar AKINCI" PUA Çin istehsalı olan hava hücumundan müdafiə sistemini məhv edib
Sudan Ordusunun arsenalında yer alan "Bayraktar AKINCI" Hücum Tipli Pilotsuz Uçuş Aparatı Cənubi Kurdufan yaxınlığında keçirilən əməliyyatda strateji uğura imza atıb. Əməliyyat zamanı Çevik Dəstək Qüvvələrinə (RSF) məxsus Çin istehsalı olan "FK-2000" Hava Hücumundan Müdafiə Sistemi ROKETSAN mühimmatı ilə vurularaq sıradan çıxarılıb. Qeyd edək ki, "FK-2000" sistemi Rusiyanın "Pantsir" kompleksinə bənzər imkanları ilə tanınır və həm zenit toplarına, həm də yer-hava tipli raketlərə sahibdir.