İrana bağlı iraqlı radikal şiə qruplaşmaları regional neft obyektləri və elektrik stansiyalarını vurmaqla hədələyir
İranyönlü "Kətaib Hizbullah" qruplaşmasının lideri, ABŞ-ın Hörmüz boğazı ilə bağlı təhdidlərini reallaşdıracağı təqdirdə regiondakı bütün neft və qaz obyektlərinə hücum edəcəkləri barədə xəbərdarlıq edib.
Məsud Pezeşkianın vəziyyəti yaxşıdır - İran Prezident Administrasiyası
İranın rəsmi İRNA agentliyi Prezident Administrasiyasındakı məlumatlı mənbəyə istinadən Prezident Məsud Pezeşkiyanın təhlükəsizlikdə olduğunu və səhhətinin problem olmadığını açıqlayıb. Məlumatda qeyd olunub ki, ölkədə baş verən hərbi gərginlik və strateji obyektlərə endirilən zərbələr fonunda dövlət başçısının statusu ilə bağlı yaranan suallara cavab olaraq bu açıqlama verilib.