İran müharibəsi ABŞ-nin müttəfiqlərini silkələyir - Tramp və müttəfiqlər arasında dərin böhran
Trampın istər Cənubi Koreya nümunəsində artıq tətbiq etdiyi, istərsə də digərlərinə qarşı təhdid etdiyi qisas tədbirləri həm qərbli, həm də asiyalı müttəfiqlərin müharibədən əvvəl başlayan narahatlığını daha da artırır.
ABŞ prezidenti bəzi ölkələri "dostlar siyahısından" silib - yanımda olmadılar
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında naviqasiya təhlükəsizliyinin təmin edilməsi məsələsində Vaşinqtonun çağırışlarına soyuq yanaşan müttəfiqlərini sərt şəkildə tənqid edib. O, həmçinin Çinə planlaşdırılan rəsmi səfərini təxirə saldığını və İranla müharibəni cəmi bir həftəyə yekunlaşdıra biləcəyini bəyan edib.