ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir
ABŞ-nin iri avtomobil istehsalçılarını təmsil edən Avtomobil İnnovasiyaları Alyansı Çin avtomobillərinin ölkə bazarına girişinin qadağan edilməsini istəyir. Təşkilat Konqresi müvafiq qanunu ilin sonunadək qəbul etməyə çağırıb. Alyans “General Motors”, “Ford”, “Toyota”, “Volkswagen”, “Hyundai”, “Honda” və digər iri istehsalçıları təmsil edir. Təşkilat Çin avtomobillərinin proqram və texniki avadanlıqlarını milli təhlükəsizlik məsələsi kimi qiymətləndirir. ABŞ Senatının Ticarət Komitəsi iyulda mövcud məhdudiyyətləri sərtləşdirən qanun layihəsini təsdiqləyib. Lakin layihə hələ yekun şəkildə qəbul edilməyib. Alyans “BYD”, “Chery” və “SAIC Motor” kimi şirkətlərə xüsusi icazələrin verilməsinin də qarşısının alınmasını istəyir. Çin isə avtomobil ixracına qarşı ABŞ-nin məhdudlaşdırıcı addımlarına etiraz edir.
Bu gün Henri Ford Edison şirkətindən ayrılaraq avtomobil biznesinə başladı
Ford Edison şirkətində 8 il çalışdığı müddətdə əsas məqsədi benzinlə işləyən avtomobil yaratmaq olub
Xarici tələbat BYD-nin satışlarını yüksəldib
Çinin BYD şirkəti iyul ayında qlobal satışlarını ardıcıl üçüncü ay artırıb. Şirkət ümumilikdə 419 min 211 avtomobil sataraq illik müqayisədə 21,8 faiz artım qeydə alıb. Xarici bazarlara ixrac isə daha yüksək templə yüksəlib. BYD-nin xaricə göndərdiyi minik avtomobilləri və pikapların sayı 124,3 faiz artaraq 179 min 841 ədədə çatıb. Şirkət beynəlxalq bazarlardakı yüksək tələbat hesabına daxili bazardakı zəifliyi qismən kompensasiya edib. BYD qlobal elektrikli avtomobil bazarında mövqeyini gücləndirməyə davam edir.
Qualcomm BMW ilə strateji çip müqaviləsi bağlayıb
Qualcomm BMW ilə yeni çip tədarükü müqaviləsi imzalayıb. Razılaşma gələcək avtomobil platformalarını əhatə edir. Qualcomm yeni nəsil çiplər və əlaqəli texnologiyalar təqdim edəcək. Tərəflər müqavilənin maliyyə şərtlərini açıqlamayıblar. Əməkdaşlıq proqram təminatı ilə idarə olunan avtomobillərin inkişafına yönəlib. Razılaşmanın BMW-nin gələcək modellərinin texnoloji imkanlarını artıracağı gözlənilir.
Çinin "Çeri" şirkəti Cənubi Afrikada keçmiş "Nissan" zavodunu təhvil alıb
Çinin "Çeri" şirkəti Cənubi Afrikada keçmiş "Nissan" zavodunu təhvil alıb. Şirkət zavodun yenilənməsinə milyonlarla dollar sərmayə yatıracaq və istehsala 2027-ci ilin ortalarında başlayacaq. Layihə çərçivəsində mövcud 692 işçi iş yerini qoruyacaq. Eyni zamanda, təxminən 3 min yeni iş yerinin yaradılması planlaşdırılır. Zavodda ilkin olaraq bir neçə yolsuzluq avtomobili modeli istehsal ediləcək. "Çeri" Cənubi Afrikanı Afrika qitəsində əsas istehsal və ixrac mərkəzinə çevirməyi hədəfləyir. Şirkət gələcəkdə ölkədə illik 100 mindən çox avtomobil satmağı planlaşdırır.
Honda Accord satışları 42% artdı, Camry də geridə qalmır
Avtomobil dünyasında krossover və SUV (yolsuzluq avtomobilləri) trendinin sedanları bazardan sıxışdıracağı düşünülərkən, yeni satış rəqəmləri tamamilə fərqli bir mənzərəni üzə çıxarıb. VOA xəbər verir ki, sedanlar yenidən amerikalı alıcıların diqqət mərkəzinə çevrilir.