Qubada ilk: Regional Biznes Sammiti və Regional Expo
Rəqəmsal transformasiya artıq seçim deyil, strateji zərurətdir. Bu istiqamətdə atılan mühüm addımlardan biri olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” təsdiq edilib. Bu sənəd ölkədə rəqəmsallaşmanın sürətlənməsi və biznes mühitinin yeni mərhələyə keçidi üçün əsas istiqamətləri müəyyən edir.