İranın Xarici İşlər Naziri BMT təhlükəsizlik şurasının iclasına dəvət olunub
İranın xarici işlər naziri beynəlxalq sülh məsələlərini müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçiriləcək iclasına dəvət alıb, lakin hələ qatılacağına dair yekun qərar verilməyib. Dəvət çərşənbə axşamı keçiriləcək iclas üçün göndərilib və bu ay Şuraya sədrlik edən Çinin təşəbbüsü ilə həyata keçirilib.
Prezident İlham Əliyevin adından İtaliya Nazirlər Şurasının sədrinin şərəfinə işçi şam yeməyi verilib
Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin şərəfinə işçi şam yeməyi verilib.