İraq Ceyhan limanı vasitəsilə ixracı artırır
İraq cənub neft yataqlarından xam neftin avtosisternlərlə daşınması yolu ilə Türkiyənin Ceyhan limanı vasitəsilə neft ixracının gündəlik 750 min barelə çatdırılması planlaşdırılır. Bu plan eyni zamanda cənub limanları vasitəsilə də ixracın artırılmasını əhatə edir. İraq və Türkiyə strateji əhəmiyyətli İraq-Türkiyə neft boru kəməri vasitəsilə əməliyyatların davam etdirilməsi məqsədilə birillik qısamüddətli saziş imzalayıblar.
Ceyhan limanında "yük" partlayışı - 26 milyon tonu kim daşıdı? (ÖZƏL)
2026 - cı ilin iyun ayında Türkiyənin Ceyhan limanı 26 milyon 735 min 8 ton yük qəbul edib. Nazirlikdən verilən məlumata görə, Ceyhan limanından Türkiyə bayrağı altında üzən 582 min 57 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 8 milyon 985 min 99 ton yük daşınıb.
Türkiyənin Ceyhan limanının yük qəbulu 18 milyon tonu keçib (ÖZƏL)
2026 - cı ilin aprel ayında Türkiyənin Ceyhan limanı 18 milyon 581 min 746 ton yük qəbul edib. Nazirlikdən verilən məlumata görə, Ceyhan limanından Türkiyə bayrağı altında üzən 221 min 675 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 6 milyon 694 min 846 ton yük daşınıb.