Türkiyənin əhalisi 86,3 milyona çatdı
Türkiyənin əhalisi 2026-cı ilin ilk yarısında artaraq 86 milyon 320 min 602 nəfərə çatıb. Türkiyə Statistika Təşkilatının (TÜİK) açıqladığı məlumatlara görə, əhalinin 50,01 faizini kişilər, 49,99 faizini isə qadınlar təşkil edir. Yaş qrupları üzrə ən böyük əhali 25-29 yaş qrupunda qeydə alınıb. Bu yaş qrupunda 6 milyon 655 min 400 nəfər yaşayır. 10-14 yaş qrupunda 6 milyon 562 min 310, 15-19 yaş qrupunda 6 milyon 402 min 350, 30-34 yaş qrupunda isə 6 milyon 347 min 537 nəfər var.
Türkiyə əhalisinin sayı açıqlanıb
Türkiyənin əhalisi 2026-cı ilin ilk 6 ayında 228 min 434 nəfər artaraq iyulun 1-nə 86 milyon 320 min 602 nəfərə çatıb. Bu barədə Türkiyə Statistika Qurumu (TÜİK) dövri əhali statistikasını açıqlayıb. 2025-ci ilin sonunda 86 milyon 92 min 168 nəfər olan əhali ilin ilk yarısında 228 min 434 nəfər artıb. Mayın 1-dən iyulun 1-dək isə əhalinin sayı 123 min 904 nəfər yüksəlib.
Türkiyədə ailə modeli dəyişir – 2025 statistikaları dərin transformasiyanı göstərir
Türkiyə Statistika Qurumu tərəfindən açıqlanan “Ailə və ev təsərrüfatı statistikaları (2025)” ölkənin demoqrafik və sosial strukturunda baş verən dərin dəyişiklikləri ortaya qoyur. Məlumatlar 2008–2025 dövrünü, regional fərqləri və ailə tiplərindəki struktur transformasiyanı əhatə edir.