Tramp: İran “nüvə şəffaflığı” çərçivəsində silah yoxlamalarına razı olacaq
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran razılaşma çərçivəsində geniş silah yoxlamalarına razı olacaq. O, bu mexanizmin “nüvə şəffaflığı” üçün vacib olduğunu deyib. Trampın sözlərinə görə, beynəlxalq nəzarət sistemi yaradılacaq. Tehran tərəfi isə açıqlamaya münasibət bildirməyib. Məsələ ABŞ–İran danışıqları fonunda gündəmdədir.
BMT Təhlükəsizlik Şurasına nüvə obyektində baş verən insident barədə hesabat veriləcək
Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Grossi Birləşmiş Ərəb Əmirliklərindəki Barakah AES-ə edilən dron hücumu ilə bağlı BMT Təhlükəsizlik Şurasına brifinq verəcək; hücum nəticəsində generator yanıb, dronların İraqdan gəldiyi bildirilir.