ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ Dövlət Departamenti İrana qarşı iqtisadi təzyiq kampaniyasının davam etdiriləcəyini və yeni sanksiyaların tətbiq olunacağını açıqlayıb.
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
ABŞ İranın aviasiya sektoruna, “Mahan Air” və digər aviaşirkətlərə, eləcə də Tehranın təyyarə və həssas texnologiya əldə etməsinə kömək etdiyi bildirilən Türkiyə və BƏƏ-dəki şirkətlərə qarşı 36 yeni sanksiya tətbiq edib.
ABŞ İran aviaşirkətlərinə qarşı yeni məhdudiyyətlər tətbiq edəcəyini açıqlayıb
ABŞ Maliyyə Nazirliyi İranın “Fars Körfəzi Boğazı İdarəsi” adlı qurumuna qarşı sanksiyalar tətbiq etdiyini və İran aviaşirkətlərinin beynəlxalq fəaliyyət imkanlarını məhdudlaşdıracağını açıqlayıb. Vaşinqton həm hava limanlarına eniş və yanacaq doldurma imkanlarını, həm də beynəlxalq bilet satışını hədəf almağa hazırlaşır. Ekspertlər bu addımı ABŞ–İran qarşıdurmasının iqtisadi və nəqliyyat sahələrinə daha dərindən yayılmasının göstəricisi kimi qiymətləndirirlər.