Misirdə 6 ay ərzində 26 min yeni şirkət təsis edilib
Misir Nazirlər Kabinetinin Media Mərkəzi bazar ertəsi günü 2026-cı ilin birinci yarısında ölkədə təxminən 26 min yeni şirkətin təsis edildiyini açıqlayıb. Mərkəz yaydığı mətbuat bəyanatında 2026-cı ilin yanvar-iyun ayları ərzində Misirdə şirkətlərin qeydiyyata alınma tempinin təxminən 20 faiz artdığını bildirib.
Ərdoğanın Yaxın Şərq səfərində Qəzza və Vaşinqton ilə Tehran arasındakı gərginlik müzakirə olunacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni ilin ilk xarici səfəri çərçivəsində Yaxın Şərq turuna başlayıb. Dövlət başçısı "TUR" təyyarəsi ilə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada yola düşüb. Səfər çərçivəsində Ərdoğanı Türkiyənin xarici işlər, maliyyə, enerji, müdafiə və digər sahələr üzrə aparıcı nazirlərindən ibarət geniş nümayəndə heyəti müşayiət edir. Ər-Riyadda vəliəhd şahzadə Məhəmməd bin Salman ilə görüşəcək Ərdoğan fevralın 4-də Misirə yola düşəcək. Qahirədə həmkarı Əbdülfəttah əs-Sisi ilə bir araya gələcək Türkiyə lideri burada Türkiyə-Misir Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasına həmsədrlik edəcək. Həmçinin Ərdoğanın Türkiyə-Misir İş Forumunda iştirakı da planlaşdırılır.
Türkiyədə Misir Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi azalıb (ÖZƏL)
2025-ci ilin yanvar- noyabr ayında Türkiyədə Misir kapitalı ilə 62 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27 şirkət azdır. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Misir şirkətlərinin məcmu kapitalı 96 milyon 70 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 133 milyon 315 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib. Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - noyabr ayında Misir şirkətlərinin əksəriyyəti İstanbulda (56) qeydiyyata alınıb.
Tarixdə bu gün – 22 Noyabr
I Mustafa sultan oldu. Atadan oğula keçən taxt bu dəfə qardaşa keçdi. Ruhi xəstə olan I Mustafa 3 aydan sonra taxtdan endirilib, 1622-ci ildə yenidən taxta çıxıb, 1623-cü ildə yenidən taxtdan endirilib.
Qahirənin HƏMAS və Qəzza mövqeyi necədir?
Eyni gün yayımlanan ilk rəsmi açıqlamada Misir Xarici İşlər Nazirliyi baş verənləri “İsrailin pozuntularına fələstinli cavabı” kimi səciyyələndirdi. Bu mövqe Misirin Fələstin məsələsinə müəyyən dərəcədə simpatiyasını göstərsə də, bu, Qahirənin nə “HƏMAS”ın metodlarını, nə də eskalasiyaya sürüklənməni dəstəklədiyi anlamına gəlmirdi. Bu, əsasən, Misirin keçmiş Qəzza-İsrail müharibələrindən çıxardığı reallığa əsaslanan praqmatik nəticələrə söykənirdi.
Türkiyədə Misir şirkətlərinin qeydiyyatı və sərmayəsi azalıb (ÖZƏL)
2025-ci ilin yanvar- iyul ayında Türkiyədə Misir kapitalı ilə 35 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27 şirkət azdır. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Misir şirkətlərinin məcmu kapitalı 48 milyon 920 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 102 milyon 760 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib. Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - iyul ayında Misir şirkətlərinin əksəriyyəti İstanbulda (34) qeydiyyata alınıb. “İstanbulda qeydiyyatdan keçən Misir şirkətlərinin ümumi kapitalı 28 milyon 920 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
İsrail və Misir addım-addım yaxınlaşır-MÜHARİBƏYƏ
Bundan əvvəl isə Qahirə, Ankarayla bir saziş imzalayaraq, Türkiyənin nəhəng qaz tankerlərindən birini icarəyə götürüb.