İsrail Livandakı tarixi Bofor qalası yaxınlığında hava zərbələri endirib
Livanın dövlət xəbər agentliyinin məlumatına görə, İsrail hərbi aviasiyası və artilleriyası Nəbatiyə şəhəri yaxınlığında yerləşən tarixi Bofor qalası ətrafına zərbələr endirib. Səlib yürüşləri dövründə inşa edilmiş qala Livanın ən tanınmış tarixi abidələrindən biri hesab olunur və strateji mövqeyi ilə seçilir. İsrail-Livan sərhədindən təxminən 15 kilometr məsafədə yerləşən bu yüksəklik bölgənin böyük hissəsinə nəzarət imkanı verir. Son günlər Nəbatiyə ətrafında şiddətlənən döyüşlər fonunda tarixi irs obyektlərinin təhlükə altında qalması ilə bağlı narahatlıqlar da artır.
İstanbulun fəthi xristian dünyasında necə qarşılandı?
Məktub senatda oxunduqda salonu dərin bir sükut bürüdü. Senat üzvləri qorxu və təəccüblə bir-birilərinə baxdılar.
Səlib yürüşlərinin qanlı tarixi: "Müsəlman yeyən Tafurlar" birliyi və vəhşilik faktları
Birinci Səlib Yürüşü zamanı xüsusi olaraq qorxu yaymaq məqsədilə istifadə edilən "Tafurlar" adlı xristian hərbi birliyinin müsəlmanlara qarşı törətdiyi insanlıqdan kənar vəhşiliklər tarixin ən qaranlıq məqamı kimi yenidən gündəmə gəlib. Qərb mənbələrin "nadir hadisə" kimi qələmə verməyə çalışdığı bu qrupun əslində müharibə strategiyasının bir hissəsi olduğu iddia edilib.
Tomas Edvard Lourens kimdir?
16 avqust 1888-ci ildə anadan olan Lourens qeyri-qanuni uşaq olaraq dünyaya gəlib. Lourensin atası Baron Edvard Robert Çapman ilk arvadını hamilə olduğu halda tərk edərək qızlarının dayəsi Sare ilə evlənir. Daha sonra yeni ailəsi ilə birlikdə Dublində məskunlaşır. Birinci arvadı boşanma prosesində çətinlik yaratdığı üçün Baron Çapman soyadını dəyişdirərək Lourens soyadını götürür. Edvard Lourens də Robert Lourensin ikinci arvadı Saredən dünyaya gəlib.