Zelenki Çin kartına ümid edir: Ukrayna-Rusiya müharibəsinin dayandırılmasında Pekinin rolu arta bilər
Ukrayna Prezidenti Volodimir Zelenski Çinlə əməkdaşlığın genişləndirilməsinə və Pekinin Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması prosesində daha fəal diplomatik rol oynamasına ümid etdiyini açıqlayıb. Zelenski Çinin dövlət başçısı Si Cinpinin Ukraynanın Müstəqillik Günü münasibətilə göndərdiyi təbrikə cavab olaraq sosial şəbəkədə paylaşım edib. O, “Sülh bizim ortaq nailiyyətimiz ola bilər” ifadəsini işlədərək Pekinin müharibənin dayandırılması istiqamətində roluna diqqət çəkib.
İran rəsmiləri Dohada ABŞ-la mümkün razılaşmanı müzakirə edir
İranın baş danışıqçısı Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə potensial razılaşmanın şərtlərini müzakirə etmək üçün Dohada Qətər rəsmiləri ilə görüşlər keçirirlər. Danışıqların əsas mövzuları Hörmüz boğazı, yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatları və dondurulmuş İran vəsaitlərinin azad edilməsidir. Bu görüş ABŞ-İran münasibətlərində mümkün sülh və müharibənin dayandırılması istiqamətində vacib addım kimi qiymətləndirilir.