12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

Türkiyə MİT 2023-cü il üzrə Fəaliyyət Hesabatını dərc edib

24 Fevral 2024 11:54
Türkiyə MİT 2023-cü il üzrə Fəaliyyət Hesabatını dərc edib

Bakı. AzerVoice:

Türkiyə Milli Kəşfiyyat Təşkilatı 2023-cü il üzrə Fəaliyyət Hesabatını dərc edib.

AzerVoice xəbər verir ki, hesabatda MİT rəhbəri İbrahim Kalın vurğulayıb ki, təşkilat Türkiyə Cümhuriyyətinin varlığına, müstəqilliyinə, bütövlüyünə, təhlükəsizliyinə, konstitusiya quruluşuna və bütün ünsürlərinə qarşı daxildə və xaricdən yaranan mövcud və mümkün təhdidlərin aradan qaldırılmasına yönəlmiş vəzifələrini və fəaliyyətini qətiyyətlə yerinə yetirir.

2023-cü ilin qlobal miqyasda yeni böhranlar və qarşıdurmalarla qarşı-qarşıya qalacağına diqqət çəkən Kalın, regional və qlobal güc mübarizələri ilə yanaşı, iqtisadiyyat, siyasət, enerji, texnologiya və iqlim kimi müxtəlif sahələrdəki inkişafın ölkələri yeni problemlər qarşısında qoyduğunu bildirib.

Qlobal və regional təhdidlərin hibrid və asimmetrik hala gəlməsi ilə milli təhlükəsizliyin əhatə dairəsinin getdikcə mürəkkəbləşdiyini vurğulayan Kalın, təhlükəsizlik strukturlarının da çox mərhələli hala gəldiyinə diqqət çəkib.

"Təşkilat, təhdidlərlə mübarizədə aktiv rol alır, əməliyyat fəaliyyətlərinə diqqət yetirir, istiqamətləndirir, həmçinin, yaxın coğrafiyalarda və münaqişə zonalarında, qeyri-sabit coğrafiyalarda milli maraqlarımızın xeyrinə fəaliyyət göstərir. Təhlükələrin hibridləşdiyi, ənənəvi və ənənəvi təhlükəsizlik və diplomatiya üsullarının yetərsiz olduğu müasir dünyada MİT ölkəmizin üzləşdiyi asimmetrik terror təhlükəsinə qarşı bütün kəşfiyyat, analitik və əməliyyat imkanlarının qarşılıqlı əlaqədə olduğu hibrid döyüş metodunu mənimsəyib", deyə o vurğulayıb.

Kəşfiyyat və təhlükəsizlik işlərində qurumlararası koordinasiyanın əhəmiyyətini vurğulayan Kalın, MİT-in keçən il bir çox kəşfiyyat məsələsində əlaqədar qurumlarla koordinasiya etdiyini və təhlükəsizlik qüvvələri ilə vahid birlik olaraq fəaliyyət göstərərək bir çox ortaq əməliyyatlar həyata keçirdiyini qeyd edib.

“Bu çərçivədə həm aparıcı terrorçu kadrları zərərsizləşdirmək, həm də hərəkatı deşifrə etmək üçün işlər davam etdirilib. Əvvəlki illərdə olduğu kimi, bir çox PKK/KCK lideri zərərsizləşdirilib və təşkilata aid kritik infrastruktur obyektləri məhv edilib. Bundan əlavə, tə.kilat FETÖ və İŞİD terror qruplaşmalarına qarşı mübarizəsini davam etdirir”, - deyə hesabatda vurğulanıb.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Məqalədə: #PKK #İbrahim Kalın #Türkiyə MİT

Mövzu üzrə digər xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
13:46
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
13:36
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
13:13
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
13:09
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
13:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.