13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

Monqolustanda Göytürk dövrünə aid arxeoloji qalıqlar aşkar edilib

Monqolustanın Arxangay bölgəsində yerləşən və Göytürklər dövrünə aid edilən Nomqon-2 Memorial Kompleksi İkinci Türk Xaqanlığının qurucusu İlteriş Qutluq Kağanın şərəfinə tikilib

15 Yanvar 2025 10:20
Monqolustanda Göytürk dövrünə aid arxeoloji qalıqlar aşkar edilib

Bakı,AzerVoice

Monqolustanın Arxangay bölgəsində yerləşən və Göytürklər dövrünə aid edilən Nomqon-2 Memorial Kompleksi İkinci Türk Xaqanlığının qurucusu İlteriş Qutluq Kağanın şərəfinə tikilib.

AzerVoice xəbər verir ki, bu tarixi kompleksi təsdiqləyən məlumatlar Türk Akademiyası və Monqolustan Elmlər Akademiyası tərəfindən aparılan arxeoloji qazıntılar nəticəsində əldə olunub.

2019-cu ildən başlayan qazıntılar zamanı Nomqon vadisində aparılan araşdırmalarda Bilge Kağan və Kül Tigin abidələrinin yanında onların atası İlteriş Qutluq Kağana aid kompleksin qalıqları da aşkar edilib.

2022-ci ildə tapılan kitabənin yuxarı hissəsi üzərində aparılan tədqiqat nəticəsində Göytürk xətti ilə həkk edilmiş 12 sətirlik mətn deşifrə olunub. Bu mətnin əsas hissəsində “Qutluq Kağan” və “Tanrı oğlu Kağan Türk” ifadələri yer alıb. Kitabənin bəzi hissələrində isə Soğd dilində yazılmış mətnlər də aşkar edilib.

2023-cü ildə kitabənin aşağı hissəsinin qalıqları tapılıb. Aşağı hissədə ümumilikdə 15 sətirlik mətn olduğu qeyd edilib. Kitabənin Göytürk yazısı ilə yazılmış alt hissəsinin zədələnmiş olduğu, lakin mətnin arxasında Çin heroqlifləri ilə yazılmış sözlərin qismən qorunduğu bildirilib. Bu mətn yuxarıdan aşağıya doğru yazılmış və sətirlər sağdan sola düzülüb.

Bəzi oxunan sətirlər belədir:

3-cü sətir: “...sol...bitiqtaş abidəsi...”
4-cü sətir: “...Türk...Qutluq...”
5-ci sətir: “...mərasim...seçilmiş...”
6-cı sətir: “...əsgər...soruş...”
7-ci sətir: “...doldurmaq...əlavə etmək...iş...ev...”
8-ci sətir: “...tövbə etmək...”

Açıqlamada kitabənin 4-cü sətirində “Türk” adının və “Qutluq” başlığının yer alması xüsusi vurğulanıb.

Kitabədəki Çin heroqliflərinin tam deşifrə edilməsi üçün araşdırmalara Daxili Monqolustan Universiteti də qoşulub. Qazıntılar Türk Akademiyası ilə Monqolustan Elmlər Akademiyası arasında əməkdaşlıq çərçivəsində Nomqon vadisində davam edir.

Nomqon-2 Kompleksində tapılan kitabə Göytürk dövrünün ən qədim yazılı mətnlərindən biri hesab edilir. Bu kitabədə ilk dəfə “türk” adı çəkilib və həmin dövrün siyasi və sosial həyatına dair mühüm məlumatlar yer alır.

Nomqon-2 kitabəsi isə bu ənənənin daha əvvəlki dövrlərə aid olduğunu göstərir və İkinci Türk Xaqanlığı dövründə İlteriş Qutluq Kağanın adını və dövrünü əks etdirir. Bu abidə həm də Göytürk yazı sisteminin inkişaf mərhələləri haqqında yeni məlumatlar verir.

Türk Akademiyasının açıqlamasına görə, Nomqon vadisində qazıntı işləri davam etdiriləcək və yeni tapıntılar bu dövrün daha dərindən öyrənilməsinə imkan verəcək.

Məqalədə: #Monqolustan

Mövzu üzrə digər xəbərlər

Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
İslam və həyat: Şəriət, tarix, əxlaq

Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?

18:00
Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06

Son Xəbərlər

İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
18:43
Səudiyyə Ərəbistanında erkən islama aid 60-dan çox kitabə aşkarlandı (FOTO)
Səudiyyə Ərəbistanında erkən islama aid 60-dan çox kitabə aşkarlandı (FOTO)
18:36
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
18:27
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
18:03
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
18:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.