9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə atəşkəsdən razıdır - nəqliyyat və ticarətdə təhlükə azalıb

İran nəqliyyat baxımından mərkəzi mövqedədir, atəşkəs iqtisadi təhlükəsizlik üçün önəmlidir.

26 İyun 2025 16:23
Türkiyə atəşkəsdən razıdır - nəqliyyat və ticarətdə təhlükə azalıb

BAKI, AzerVoice

İran nəqliyyat baxımından mərkəzi mövqedədir, atəşkəs iqtisadi təhlükəsizlik üçün önəmlidir.

AzerVoice xəbər verir ki, Türkiyənin ticarət naziri Ömər Bolat “Əsri Ticarət Zirvəsi”ndə çıxışı zamanı İsrail-İran gərginliyi və bölgədəki hərbi toqquşmaların regional ticarətə və nəqliyyata yaratdığı risklərə toxunub.

O bildirib ki, İran Orta Asiya və Orta Dəhlizə aparan yolun düz mərkəzində yerləşdiyi üçün nəqliyyat baxımından ciddi risk elementi yaradırdı.

“Atəşkəsin əldə olunması Türkiyə üçün müsbət haldır. Biz müharibələri dəstəkləmirik. İranla sərhədimiz 400 ildir sülhün simvoludur. İsrailin İrana hücumları və bombardmanı bizim qınadığımız bir vəziyyətdir. İran da güclü müqavimət göstərdi. Nəhayət, 12 gündən sonra atəşkəs əldə olundu və biz də buna görə məmnunuq”, – deyə Bolat bildirib.

Nazir əlavə edib ki, İran dünya neftinin 25 faizinin keçdiyi Hörmüz boğazında yerləşən strateji ölkədir və bu səbəbdən hərbi gərginlik neft və əmtəə bazarlarında kəskin dalğalanmalara səbəb olub: “İsrailin təbii qaz obyektlərinə hücumu ilə iyunun 13-də neft qiymətləri 15-20 faiz civarında artdı”.

O qeyd edib ki, ötən il İrandan Türkiyəyə 3,3 milyon turist gəlib, bu ilin ilk 5 ayında isə bu rəqəm artıq 1 milyonu keçib. İranla ümumi ticarət dövriyyəsi 7,8 milyard dollara yaxındır. Türkiyənin bu ölkəyə ixracı 3,25 milyard, idxalı isə – əsasən təbii qaz olmaqla – 4,55 milyard dollar civarındadır. Hazırda təbii qaz tədarükündə fasilə olmasa da, müharibə riski ticarətə mənfi təsir göstərmək potensialına malikdir.

“Atəşkəs qalıcı olarsa, bu mənfi təsirlər minimum səviyyədə qalar”, – deyə Bolat vurğulayıb.

Nazir həmçinin bölgədəki digər münaqişələr – Rusiya-Ukrayna müharibəsi, Suriya və Qəzza böhranları fonunda Türkiyənin 780 min kvadrat kilometrlik ərazisində sülh və sabitliyi qoruduğunu bildirib. O, Türkiyə iqtisadiyyatının son 20 ildə böyük inkişaf yolu keçdiyini, milli gəlirin 238 milyard dollardan 1 trilyon 371 milyard dollara çatdığını, adambaşına düşən milli gəlirin isə 3600 dollardan 15 971 dollara yüksəldiyini vurğulayıb.

Qeyd edək ki, Dünya Bankı son hesabatında Türkiyəni “yüksək gəlirli ölkələr” kateqoriyasına daxil edib.

Məqalədə: #Türkiyə #İsrail #İran #Türkiyə Ticarət Nazirliyi #Ömər Bolat #ticarət tövriyyəsi #İsrail-İran münaqişəsi #İran İsrail münasibətləri #Türkiyə-İran münasibətləri #İran-İsrail qarşıdurması #Hörmüz boğazı

Mövzu üzrə digər xəbərlər

Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

10:32
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38

Son Xəbərlər

Çin, İran və Rusiya İran məsələsinin BMT TŞ-yə çıxarılmasına qarşı çıxıb
Çin, İran və Rusiya İran məsələsinin BMT TŞ-yə çıxarılmasına qarşı çıxıb
20:28
Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun
Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun
20:23
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
20:02
Vaşinqton husilərin Yəmənə yalnız əzab gətirdiyini bildirib
Vaşinqton husilərin Yəmənə yalnız əzab gətirdiyini bildirib
19:59
Qətər və Qayana kənd təsərrüfatı üzrə əməkdaşlığı gücləndirir
Qətər və Qayana kənd təsərrüfatı üzrə əməkdaşlığı gücləndirir
19:54
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.