14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədə dövlət zəmanəti ilə faizsiz ev və avtomobil dövrü başlayır

Türkiyənin Çevrə, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum, vətəndaşlara faizsiz ev, avtomobil və iş yeri əldə etmək imkanı təqdim edən yeni sistemi tanıdıb. “Emlak Katılım” dövlət qurumunun iştirakçılığı ilə həyata keçirilən bu sistem vasitəsilə, Türkiyədə ilk dəfə olaraq bir dövlət bankı maliyyələşdirmə sektoruna daxil olub. Nazir Murat Kurum yeni sistemin ən mühüm xüsusiyyətinin faizsiz olması olduğunu vurğulayaraq, “Hər şeydən əvvəl bu sistemdə qətiyyən faiz yoxdur, birbaşa dövlət zəmanəti vardır” deyə bildirib.

12 Sentyabr 2025 10:09
Türkiyədə dövlət zəmanəti ilə faizsiz ev və avtomobil dövrü başlayır

BAKI, AzerVoice, Nailə Babazadə

Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum, vətəndaşlara faizsiz ev, avtomobil və iş yeri əldə etmək imkanı təqdim edən yeni sistemi tanıdıb.

AzerVoice xəbər verir ki, “Emlak Katılım” dövlət qurumunun iştirakçılığı ilə həyata keçirilən bu sistem vasitəsilə, Türkiyədə ilk dəfə olaraq bir dövlət bankı maliyyələşdirmə sektoruna daxil olub.

Nazir Murat Kurum yeni sistemin ən mühüm xüsusiyyətinin faizsiz olması olduğunu vurğulayaraq, “Hər şeydən əvvəl bu sistemdə qətiyyən faiz yoxdur, birbaşa dövlət zəmanəti vardır” deyə bildirib.

Nazirin sözlərinə görə, bu sistemdə iştirakçılar Emlak Katılım zəmanəti ilə bir araya gələrək öz büdcələrinə uyğun endirimlərlə əmlak əldə edəcəklər. Layihənin əsas məqsədi vətəndaşların ən əsas ehtiyaclarından olan mənzil problemini həll etməkdir.

Kurum, vətəndaşlara iki fərqli maliyyələşdirmə modeli təqdim olunacağını açıqlayıb.

Nazir bildirib ki, sistem Emlak Konut və TOKİ ilə ortaq layihələr də həyata keçirəcək və xüsusilə İstanbulda vətəndaşlara faizsiz ev imkanları yaradacaq.

“Ardıcıl olaraq ortaya qoyduğumuz innovativ ev, iş yeri və avtomobil imkanları ilə məqsədimiz vətəndaşlarımızın rifahını, xoşbəxtliyini təmin etməkdir. İşin sonunda isə xalqımızın duasını qazanmaqdan başqa hədəfimiz yoxdur.”-deyə nazir bildirib.

Məqalədə: #Murat Kurum #daşınmaz əmlak #Türkiyədə daşınmaz əmlak #Əmlak alqı-satqısı #Türkiyə əmlak bazarı #daşınmaz əmlak sərmayəsi #Türkiyədə əmlak bazarının xarici investorlar üçün cazibədarlığı #Daşınmaz əmlak və investisiya fürsətləri #Daşınmaz əmlak yatırımları #Türkiyənin Ətraf Mühit #Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi

Mövzu üzrə digər xəbərlər

Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
İslam və həyat: Şəriət, tarix, əxlaq

Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?

13 Sentyabr 18:00
Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06

Son Xəbərlər

Səudiyyə Ərəbistanı ilk milli avtomobil brendini sentyabrın 21-də təqdim edəcək
Səudiyyə Ərəbistanı ilk milli avtomobil brendini sentyabrın 21-də təqdim edəcək
07:56
İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
07:26
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
02:00
Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
13 Sentyabr 22:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.