6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədə ümumilikdə 2 milyondan çox vətəndaş yaşayış yerini dəyişib - TÜİK

Türkiyə Statistika Təşkilatının (TÜİK) 2025-ci il üzrə Daxili Miqrasiya Statistikalarına əsasən, ötən il ölkədə 11 min 885 nəfər təqaüdə çıxması səbəbindən yaşayış yerini dəyişib. İstanbul həm ən çox təqaüdçü qəbul edən, həm də ən çox təqaüdçü köçü verən şəhər olub.

19 İyul 2026 10:46
Türkiyədə ümumilikdə 2 milyondan çox vətəndaş yaşayış yerini dəyişib - TÜİK

BAKI,VOA Orxan Qədirzadə

Türkiyə Statistika Təşkilatının (TÜİK) 2025-ci il üzrə Daxili Miqrasiya Statistikalarına əsasən, ötən il ölkədə 11 min 885 nəfər təqaüdə çıxması səbəbindən yaşayış yerini dəyişib. İstanbul həm ən çox təqaüdçü qəbul edən, həm də ən çox təqaüdçü köçü verən şəhər olub.

TÜİK-in açıqladığı məlumatlara görə, 2025-ci ildə Türkiyədə ümumilikdə 2 milyon 475 min 19 nəfər şəhərlər arasında yaşayış yerini dəyişib.

Şəhərlərarası miqrasiyanın əsas səbəbləri sırasında təhsil, daha yaxşı mənzil və yaşayış şəraiti, eləcə də ailə üzvlərindən birinə bağlı olaraq köç etmə halları üstünlük təşkil edib.

Bununla yanaşı, ötən il 11 min 885 nəfər məhz təqaüdə çıxması səbəbindən başqa şəhərə köçüb.

Təqaüd səbəbindən ən çox köç qəbul edən şəhər 1 103 nəfərlə İstanbul olub. Sonrakı yerlərdə 921 nəfərlə Balıkesir və 828 nəfərlə Ankara qərarlaşıb.

Ən az təqaüdçü qəbul edən şəhərlər isə Gümüşhane (3 nəfər), Iğdır (9 nəfər) və Siirt (9 nəfər) olub.

Təqaüdə çıxdıqdan sonra başqa şəhərə köç edənlərin sayına görə də İstanbul ilk yerdə qərarlaşıb.

Məlumata əsasən, 2025-ci ildə İstanbuldan 3 min 344 nəfər təqaüdə çıxdıqdan sonra başqa şəhərlərə köçüb. Beləliklə, təqaüd səbəbindən yaşayış yerini dəyişən hər üç nəfərdən təxminən biri İstanbulu tərk edib.

Ankaradan bu səbəblə köç edənlərin sayı 1 080, İzmirdən isə 694 nəfər təşkil edib.

Ən az təqaüdçü köçü verən şəhər Ardahan olub. Bu vilayətdən 10 nəfər yaşayış yerini dəyişib. Bayburtdan 18, Muşdan isə 26 nəfər təqaüdə çıxması səbəbindən başqa şəhərlərə köçüb.

TÜİK-in məlumatına görə, 2025-ci ildə ev aldığı üçün şəhər dəyişənlərin sayı isə 60 min 22 nəfər olub.

Ev sahibi olduqdan sonra ən çox köç qəbul edən şəhər 8 min 189 nəfərlə İstanbul olub. Ankara 6 min 779 nəfərlə ikinci, Kocaeli isə 2 min 548 nəfərlə üçüncü sırada yer alıb. Beləliklə, Kocaeli bu göstəricidə İzmiri geridə qoyub.

Ev alma səbəbindən ən çox köç verən şəhər də 15 min 135 nəfərlə İstanbul olub. Bu göstərici Ankarada 3 min 172, İzmirdə isə 2 min 746 nəfər təşkil edib.

Məqalədə: #TÜİK #Türkiyə Statistika Təşkilatı #2025-ci il üzrə Daxili Miqrasiya #Daxili Miqrasiya Statistikaları #təqaüdə çıxma #təqaüdçü #yaşayış yerini dəyişmək

Mövzu üzrə digər xəbərlər

Türkiyənin xarici ticarət balansı - Neft və qaz idxalı xərcləri artırmağa davam edir
Biznes

Türkiyənin xarici ticarət balansı - Neft və qaz idxalı xərcləri artırmağa davam edir

2 Sentyabr 11:57
İskenderun limanında "yük" partlayışı - 36 milyon tonu kim daşıdı? (ÖZƏL)
İqtisadiyyat

İskenderun limanında "yük" partlayışı - 36 milyon tonu kim daşıdı? (ÖZƏL)

29 İyul 12:00
Türkiyədə ailə modeli dəyişir – 2025 statistikaları dərin transformasiyanı göstərir
İqtisadiyyat

Türkiyədə ailə modeli dəyişir – 2025 statistikaları dərin transformasiyanı göstərir

17 May 11:30
Türkiyənin Qazaxıstana  kimyəvi maddə məhsulları ixracı artır (ÖZƏL)
İqtisadiyyat

Türkiyənin Qazaxıstana kimyəvi maddə məhsulları ixracı artır (ÖZƏL)

25 Aprel 15:10

Son Xəbərlər

Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.