7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkmənistan
Türkmənistan

Sergey Lavrov Türkmənistana Rəsmi Səfər Edəcək

Bu barədə açıqlamanı Rusiyanın Aşqabaddakı səfiri İvan Volınkin, Rusiya Günü münasibətilə keçirilən rəsmi qəbul mərasimində verib.

12 İyun 2025 15:08
Sergey Lavrov Türkmənistana Rəsmi Səfər Edəcək

BAKI, AzerVoice

Rusiya Xarici İşlər naziri Sergey Lavrov iyun ayının sonunda Türkmənistana rəsmi səfər edəcək.

AzerVoice xəbər verir ki, bu barədə açıqlamanı Rusiyanın Aşqabaddakı səfiri İvan Volınkin, Rusiya Günü münasibətilə keçirilən rəsmi qəbul mərasimində verib.

Volınkin bildirib ki, hazırda Rusiya Xarici İşlər Nazirliyinin başçısının Aşqabada səfərinə hazırlıq işləri aktiv şəkildə davam etdirilir.

Diplomat həmçinin vurğulayıb ki, iki ölkə arasında mütəmadi aparılan danışıqlar və yüksək səviyyəli təmaslar Rusiya–Türkmənistan münasibətlərinin bütün sahələr üzrə inkişafına ciddi təkan verir.

Qeyd edək ki, Aşqabadda Rusiya Günü münasibətilə rəsmi qəbul mərasimi keçirilib. Tədbir Rusiya Federasiyasının Türkmənistandakı səfirliyi tərəfindən təşkil olunub.

Tədbirdə çıxış edən Rusiya səfiri İvan Volınkin Rusiya Gününün ölkənin əsas dövlət bayramı olduğunu və xalqın birliyini simvolizə etdiyini bildirib. O, Rusiya ilə Türkmənistan arasında strateji tərəfdaşlığın davamlı şəkildə inkişaf etdiyini vurğulayıb.

Volınkinin sözlərinə görə, iki ölkə arasında əlaqələr iqtisadi, mədəni və humanitar əməkdaşlıq sahələrində ardıcıl inkişaf edir.

Tədbirdə Türkmənistan hökuməti adından çıxış edən Nazirlər Kabineti sədrinin müavini Hojamırat Geldimıradov isə bildirib ki, iki ölkə arasında müstəqillik illərində ümumi ticarət dövriyyəsi 60 milyard dollardan artıq olub.

Onun sözlərinə görə, 2025-ci ilin ilk altı ayı ərzində ticarət həcmi 58 faiz artıb. Rusiya hazırda Türkmənistanın əsas ticarət tərəfdaşlarından biridir və illik ticarət dövriyyəsi 1,6 milyard dollardan artıqdır.

Tərəfdaşlıq iqtisadiyyat, mədəniyyət, elm və siyasət sahələrini əhatə edir. Energetika, nəqliyyat və rəqəmsal iqtisadiyyat sahələrində geniş əməkdaşlıq imkanları mövcuddur. Təhsil sahəsində də ikitərəfli əməkdaşlıq uğurla inkişaf edir.

Məqalədə: #Rusiya #Türkmənistan #Sergey Lavrov #əməkdaşlıq əlaqələri #İkitərəfli əlaqələr #iqtisadi və ticari əlaqələr

Mövzu üzrə digər xəbərlər

Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati əhəmiyyətli hesab etmirik - Paşinyan
Siyasət

Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati əhəmiyyətli hesab etmirik - Paşinyan

3 Sentyabr 13:34
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə dizel yanacağı göndərilib
Neft və qaz

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə dizel yanacağı göndərilib

3 Sentyabr 11:32
Rusiya Aİ-yə üzvlük məsələsində Ermənistanla danışıqlar aparmır - Overçuk
Siyasət

Rusiya Aİ-yə üzvlük məsələsində Ermənistanla danışıqlar aparmır - Overçuk

3 Sentyabr 11:17
Ermənistan Aİ-yə üzv olmaq həvəsini itirəcək - Lavrov
Siyasət

Ermənistan Aİ-yə üzv olmaq həvəsini itirəcək - Lavrov

3 Sentyabr 10:07

Son Xəbərlər

İsrail qüvvələri Livanın cənubundakı Hula şəhərini bombalayıb
İsrail qüvvələri Livanın cənubundakı Hula şəhərini bombalayıb
18:56
İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
18:52
Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir  - HƏMAS
Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir - HƏMAS
18:46
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
18:41
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
18:37
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.