4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ VOA təhlil mərkəzi
VOA təhlil mərkəzi

Şimon Peres Fələstin vətəndaşlığı almaq üçün müraciət edib- tarixi sənəd

Məlumata görə, Peres 1937-ci ildə - yəni İsrail dövlətinin 1948-ci ildə yaradılmasından on bir il əvvəl - Fələstin vətəndaşlığı üçün ərizə təqdim edib. O, həmin vaxt Britaniya mandatı altındakı Fələstinə mühacir kimi gəlmiş və kənd təsərrüfatı sahəsində çalışan bir fəhlə idi.

18 Oktyabr 2025 16:27
Şimon Peres Fələstin vətəndaşlığı almaq üçün müraciət edib- tarixi sənəd

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

Britaniya mandatı dövründə Fələstində (1937–1947) təxminən 67 min yəhudi fələstin vətəndaşlığı almaq üçün rəsmi müraciət edib. Sızdırılmış gizli sənədlər göstərir ki, bu şəxslərdən biri də sonradan İsrailin prezidenti olmuş Şimon Peres idi.

Məlumata görə, Peres 1937-ci ildə - yəni İsrail dövlətinin 1948-ci ildə yaradılmasından on bir il əvvəl - Fələstin vətəndaşlığı üçün ərizə təqdim edib. O, həmin vaxt Britaniya mandatı altındakı Fələstinə mühacir kimi gəlmiş və kənd təsərrüfatı sahəsində çalışan bir fəhlə idi.
Müraciətində o, “fələstin hökumətinə sədaqət və etimadla xidmət edəcəyinə” and içmiş, həmçinin adını “Şimon” olaraq dəyişmək istədiyini bildirmişdi.

Açıqlanan məlumatlara əsasən, 1937–1947-ci illər arasında vətəndaşlıq üçün müraciət edənlərin əksəriyyəti Şərqi Avropa ölkələrindən gələn yəhudilər idi. Onların bir çoxu 1948-ci ildə İsrail dövlətinin elanından sonra yeni hökumətdə yüksək vəzifələr tutmuşdu.

Peresin vətəndaşlıq ərizəsi sənədlərini İsraildə nəsil və soy araşdırmaları ilə məşğul olan bir şirkət aşkarlayıb. Şirkət bu rəsmi və gizli sənədləri İsrail Dövlət Arxivindən əldə edib. Həmin sənədlər arasında Britaniya mandat hakimiyyətinə təqdim olunmuş, Şimon Peresin öz əlyazması ilə imzalanmış ərizə forması da var. Sənəddə qeyd olunur ki, o zaman kənd təsərrüfatı işində çalışan Peres öz adını “Şimon” şəklində rəsmiləşdirmək istəyib.

Beləliklə, bu sənədlər İsrailin siyasi tarixində az tanınan bir faktı - ölkənin gələcək prezidentinin bir zamanlar Fələstin vətəndaşlığı üçün müraciət etdiyini üzə çıxarır.

Məqalədə: #İsrailə qarşı boykotlar #Cinayətlərin qarşısının alınması #İsrail cinayətləri #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #Şərqi Avropa ölkələri #Simon Bolivar İnstitutu #Şimon Peres #Britaniya mandatı dövrü #Şimon

Mövzu üzrə digər xəbərlər

İsrail ordusu Sinvarın şəxsi mühafizəçisinin zərərsizləşdirildiyini açıqlayıb
Fələstin

İsrail ordusu Sinvarın şəxsi mühafizəçisinin zərərsizləşdirildiyini açıqlayıb

27 Avqust 21:26
HƏMAS və Misir kəşfiyyat rəhbəri Qəzza planını müzakirə edib
Fələstin

HƏMAS və Misir kəşfiyyat rəhbəri Qəzza planını müzakirə edib

16 Avqust 18:13
İsraildə 27 Oktyabr seçkiləri - Liberal demokratiya ilə dindar-mühafizəkar model arasında tarixi seçim olacaq
VOA analitika: Geosiyasi təhlillər

İsraildə 27 Oktyabr seçkiləri - Liberal demokratiya ilə dindar-mühafizəkar model arasında tarixi seçim olacaq

11 Avqust 09:01
Qəzzada atəşkəsin ikinci mərhələsi üçün ABŞ İsrailə təzyiqi artırır
Fələstin

Qəzzada atəşkəsin ikinci mərhələsi üçün ABŞ İsrailə təzyiqi artırır

8 Avqust 17:51

Son Xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
19:05
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
18:51
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
18:45
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.