4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ VOA təhlil mərkəzi
VOA təhlil mərkəzi

Dünya Kuboku iqtisadiyyatı: Futbol agentləri bazarı necə işləyir?

2026-cı il FIFA Dünya Kuboku yalnız milli komandalar arasında mübarizə meydanı deyil, həm də futbol sənayesinin ən böyük iqtisadi platformalarından biri hesab olunur. ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi turnir futbolçular üçün öz bacarıqlarını nümayiş etdirmək imkanı yaratdığı kimi, agentlər üçün də yeni müqavilələr əldə etmək və mövcud müqavilələrin şərtlərini yaxşılaşdırmaq baxımından mühüm fürsət sayılır.

11 İyun 2026 09:00
Dünya Kuboku iqtisadiyyatı: Futbol agentləri bazarı necə işləyir?

BAKI,VOA Analitik Təhlil Mərkəzi

2026-cı il FIFA Dünya Kuboku yalnız milli komandalar arasında mübarizə meydanı deyil, həm də futbol sənayesinin ən böyük iqtisadi platformalarından biri hesab olunur. ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi turnir futbolçular üçün öz bacarıqlarını nümayiş etdirmək imkanı yaratdığı kimi, agentlər üçün də yeni müqavilələr əldə etmək və mövcud müqavilələrin şərtlərini yaxşılaşdırmaq baxımından mühüm fürsət sayılır.

Dünya çempionatı ən istedadlı futbolçuların böyük klubların diqqət mərkəzinə düşdüyü qlobal transfer bazarı rolunu oynayır. Bu prosesdə futbol agentləri oyunçular, klublar və məşqçilər arasında əsas vasitəçilərdən biri kimi çıxış edir.

Futbol agentliyi peşəsinin formalaşması

Müasir transfer bazarının formalaşmasında 1995-ci ildə qəbul edilən məşhur “Bosman qərarı” xüsusi rol oynayıb. Belçikalı futbolçu Jan-Mark Bosmanın məhkəmə iddiasından sonra Avropa məhkəməsi müqavilə müddəti başa çatan futbolçuların transfer haqqı ödənilmədən yeni klublara keçə bilməsinə qərar verdi. Eyni zamanda əcnəbi oyunçularla bağlı mövcud məhdudiyyətlər də ləğv edildi.

Bu qərar peşəkar futbol sənayesində köklü dəyişikliklərə səbəb oldu. Futbolçuların hərəkət azadlığı genişləndi, müqavilələrin dəyəri artdı və bununla paralel olaraq agentlərin qazancı da sürətlə yüksəldi.

Beynəlxalq Futbol Federasiyası (FİFA) agentlik fəaliyyətini tənzimləmək məqsədilə ilk lisenziyalaşdırma qaydalarını 1991-ci ildə tətbiq edib. Sonrakı illərdə bu qaydalar dəfələrlə yenilənib və son böyük dəyişiklik 2023-cü ildə həyata keçirilib.

Agentlərin futbol sənayesində rolu

FİFA-nın tərifinə görə, futbol agenti futbolçu, məşqçi, klub və ya milli assosiasiya adından müqavilələrin bağlanması prosesində iştirak edən və rəsmi lisenziyaya malik şəxsdir.

Lakin müasir futbol agentlərinin fəaliyyəti yalnız transfer danışıqları ilə məhdudlaşmır. Onlar sponsorluq müqavilələri, reklam layihələri, imic hüquqları, hüquqi məsləhətlər, maliyyə planlaşdırılması və peşəkar karyera idarəçiliyi kimi sahələrdə də xidmət göstərirlər.

Araşdırmalara görə, bəzi agentlər son illərdə futbolçuların inkişafından daha çox yeni əlaqələr qurmağa və iri transfer sövdələşmələri həyata keçirməyə üstünlük verirlər.

Agent haqları rekord həddə çatıb

Son illərdə futbol agentlərinə ödənilən məbləğlər sürətlə artıb. FİFA-nın məlumatına görə, 2025-ci ildə kişi futbolunda beynəlxalq transferlər üzrə klublar agent xidmətlərinə görə ümumilikdə 1 milyard 370 milyon dollar ödəyib. Bu göstərici 2024-cü illə müqayisədə 90 faiz çoxdur və tarixdə qeydə alınan ən yüksək rəqəmdir.

Müqayisə üçün, 2016-cı ildə agent haqları 369 milyon dollar, 2019-cu ildə isə 654,7 milyon dollar təşkil edirdi. Beləliklə, son on ildə bu sahədəki ödənişlər 270 faiz artıb.

Qeyd olunur ki, bu məbləğlər yalnız beynəlxalq transferlər üzrə klubların ödədiyi komissiyaları əhatə edir. Yerli transferlər, müqavilələrin yenilənməsi və futbolçuların öz agentlərinə ödədiyi xidmət haqları bu rəqəmlərə daxil deyil. Buna görə də real bazar həcminin daha böyük olduğu bildirilir.

Transfer bazarının dəyəri 13 milyard dolları keçib

FİFA-nın hesabatına əsasən, 2025-ci ildə beynəlxalq transfer bazarının ümumi həcmi 13,08 milyard dollara çatıb. Bu göstərici 2024-cü ildəki 8,59 milyard dollarla müqayisədə 52,3 faiz artım deməkdir.

Hesabatda qeyd olunur ki:

1 214 klub transfer haqqı ödəyib;
1 495 klub isə ən azı bir futbolçunun satışından gəlir əldə edib;
Avropa klubları ümumi transfer xərclərinin 80 faizini və ya 10,7 milyard dollarını reallaşdırıb;
Asiya klubları 1,2 milyard dollar xərcləyib, bunun əsas hissəsi Səudiyyə Ərəbistanının payına düşüb.

2026-cı ilin qış transfer pəncərəsində isə 5 900 beynəlxalq transfer müqabilində 1,9 milyard dollar ödəniş həyata keçirilib.

Dünyanın ən böyük agentlikləri

Transfer bazarında minlərlə agent fəaliyyət göstərsə də, əsas təsir gücü bir neçə iri şirkətin əlində cəmləşib. Məlumatlara görə, dünyanın ən böyük futbol agentlikləri arasında aşağıdakılar yer alır:

“The Team” (əvvəlki Wasserman) – 1 440 futbolçu, 2,86 milyard dollar bazar dəyəri;
CAA Stellar – 1 033 futbolçu, 2,38 milyard dollar bazar dəyəri;
Gestifute – 181 futbolçu, 2,06 milyard dollar bazar dəyəri;
CAA Base – 802 futbolçu, 1,6 milyard dollar bazar dəyəri;
Unique Sports Group – 757 futbolçu, 1,5 milyard dollar bazar dəyəri;
ROOF – 152 futbolçu, 1,1 milyard dollar bazar dəyəri.

Ekspertlər xüsusilə portuqaliyalı super-agent Jorje Mendeş tərəfindən yaradılmış Gestifute agentliyini bazarın ən təsirli oyunçularından biri hesab edirlər. Şirkətin təmsil etdiyi futbolçuların ümumi bazar dəyəri 2 milyard dolları ötür.

Dünyanın ən nüfuzlu futbol agentləri

Bazarın ən təsirli agentləri sırasında Riçard Motzkin, Jorje Mendeş, Devid Manasse, Leon Angel, Əli Barat və Torsten Virt kimi adlar göstərilir.

Agentlik sisteminə yönələn tənqidlər

Futbol agentləri transfer bazarının ayrılmaz hissəsi sayılsa da, onların fəaliyyəti ilə bağlı müxtəlif tənqidlər də mövcuddur. Araşdırmalarda agent bazarının az sayda böyük şirkətin nəzarətində olması, maraqların toqquşması, gənc futbolçuların hüquqlarının pozulması, lisenziyasız vasitəçilik fəaliyyəti və bəzi hallarda klubların maraqlarının futbolçuların maraqlarından üstün tutulması kimi problemlər qeyd olunur.

Agentlər isə bu ittihamları qəbul etmədiklərini bildirərək, futbolçuların hüquqlarını qoruduqlarını və yüksək komissiyaların məhz oyunçular üçün daha sərfəli müqavilələr əldə olunmasının nəticəsi olduğunu vurğulayırlar.

Məqalədə: #FİFA #Dünya çempionatı 2026 #Futbol agentləri #Transfer bazarı #Jorge Mendes #Gestifute #CAA Stellar #The Team #Unique Sports Group #ROOF

Mövzu üzrə digər xəbərlər

Fransa millisində zədə, Əlcəzairdə kapitanlıq - Ərəb qadın futbolunun ilhamverici hekayəsi
ArabSport

Fransa millisində zədə, Əlcəzairdə kapitanlıq - Ərəb qadın futbolunun ilhamverici hekayəsi

29 Avqust 17:04
Qapısında 15 qol görən Misir yığmasında istefa: Məhəmməd Kamalın səlahiyyətinə son qoyuldu
ArabSport

Qapısında 15 qol görən Misir yığmasında istefa: Məhəmməd Kamalın səlahiyyətinə son qoyuldu

19 Avqust 12:09
İnfantinonun vəzifədən uzaqlaşdırılması “dəhşətli səhv” olar - Tramp
Digər Xəbərlər

İnfantinonun vəzifədən uzaqlaşdırılması “dəhşətli səhv” olar - Tramp

11 Avqust 10:45
Tramp İnfantinonu BMT-nin Baş katibi vəzifəsinə təklif etmək istəyir
Digər Xəbərlər

Tramp İnfantinonu BMT-nin Baş katibi vəzifəsinə təklif etmək istəyir

22 İyul 10:36

Son Xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
19:05
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
18:51
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
18:45
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.