4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Bioqrafiya: Tanınmış simalar
Bioqrafiya: Tanınmış simalar

Hidayət Oğuzxan kimdir?

24 Sentyabr 2023 11:58
Hidayət Oğuzxan kimdir?

Bakı, AzerPress:

Hidayət Oğuzxan 16 oktyabr 1975-ci ildə Şərqi Türküstanın Kaşqar şəhərində tacir ailəsində anadan olub.

O, tələbəlik illərində sərbəst ticarətlə məşğul olub və maliyyə cəhətdən uğurlu iş adamı kimi tanınıb. Ömrünü Şərqi Türküstan davasına həsr edən Oğuzhan bu gün ortaqları ilə Türkiyədə tekstil biznesində pay sahibidir. O, uyğur, türk, ingilis, ərəb, ordu və pəncab dillərini mükəmməl bilir.

Hidayət Oğuzhan gənclik illərini Pakistanda keçirib və 1984-cü ildən yaşadığı Pakistanda ibtidai və orta təhsilini müvəffəqiyyətlə bitirib. Daha sonra Lahor Beynəlxalq İslam İnstitutunda İslam Elmləri üzrə bakalavr təhsilini tamamlayıb. H. Oğuzxan magistr dərəcəsini Pəncab Universitetində "Şərqi Türküstana Tarixi Baxış" adlı araşdırması ilə alıb.

H. Oğuzxan 2006-cı ildə dostları ilə birlikdə ortaq məşvərətlə hərəkət etmək, bütün dünyada Şərqi Türküstan xalqının milli kimliyini inkişaf etdirmək, gələcək nəsillərin daha savadlı və daha şüurlu olması, ən əsası Şərqi Türküstan davası uğrunda mübarizə aparmaları üçün Şərqi Türküstan Maarif Hərəkatını qurdu və Müstəqil Şərqi Türküstanın qurulması üçün vəkillik vəzifəsini öz üzərinə götürərək siyasi qurumun yaradılması üçün Şərqi Türküstan Təhsil və Həmrəylik Dərnəyi adı altında fəaliyyətini həyata keçirdi. Bu günədək bu hərəkat çərçivəsində dünyanın müxtəlif ölkələrində 20-dən çox qeyri-hökumət təşkilatı vahid ideologiya, doktrina əsasında fəaliyyət göstərir.

2018-ci ildə Hidayət Oğuzxanın sədrliyi ilə dünyanın hər yerində fəaliyyət göstərən Şərqi Türküstan diasporasında mühafizəkar təşkilatlar bir araya gələrək Şərqi Türküstan Təşkilatları Beynəlxalq Birliyini yaratdılar.

Ləman Əsədli

Twitter: lamanasadli01

Məqalədə: #Hidayət Oğuzxan kimdir?

Mövzu üzrə digər xəbərlər

Qətərin ilk qadın boksçusunun hekayəsi - Əfaf Əl-Qarni kimdir?
Ərəb idmançılar

Qətərin ilk qadın boksçusunun hekayəsi - Əfaf Əl-Qarni kimdir?

13:00
Fazil Küçük kimdir?
Tarixi şəxsiyyətlər

Fazil Küçük kimdir?

30 Avqust 13:25
İƏT-in yeni baş katibi İsmail Vələd Şeyx Əhməd kimdir?
Digər şəxsiyyətlər

İƏT-in yeni baş katibi İsmail Vələd Şeyx Əhməd kimdir?

27 Avqust 17:56
Fələstin sənətinin canlı yaddaşı Süleyman Mənsur kimdir?
Ərəb yazıçılar və filosoflar

Fələstin sənətinin canlı yaddaşı Süleyman Mənsur kimdir?

25 Avqust 10:10

Son Xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
19:05
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
18:51
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
18:45
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.