BAĞDAD,ArabAZ
İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla telefon danışığı zamanı Yaxın Şərqdə “müharibələrin dayandırılması istiqamətində işləmək vədlərinə” əməl edəcəyinə ümid etdiyini bildirib.ArabAZ xəbər verir ki, telefon danışığında İraqın baş naziri Trampın “təşviqat kampaniyası ilə bağlı bəyanatlarına və regionda müharibələrə son qoymağa çalışacağına dair vədlərini” olduqca yüksək qiymətləndirib.
Tərəflər bu məqsədə nail olmaq üçün səyləri əlaqələndirmək barədə razılığa gəliblər.
Qeyd edək ki, İŞİD-ə qarşı mübarizədə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın tərkibində İraqda 2500-ə yaxın amerikalı əsgər yerləşdirilib.
Amerika qoşunlarının yerləşdiyi bazalar İraqda İranın dəstəklədiyi qrupların onlarla raket və dron hücumlarının hədəfi olub və onlar da İsrailə qarşı hücumları öz üzərinə götürüblər.
Bağdad illərdir Vaşinqtonu qalan koalisiya qoşunlarının çıxarılması üçün dəqiq vaxt cədvəli tələb edir.
Trampın ilk prezidentliyi dövründə iki ölkə arasında münasibətlər 2020-ci ilin yanvarında ABŞ-ın pilotsuz uçan aparatının hücumu nəticəsində Qüds Qüvvələrinin rəisi və İslam Respublikasının xaricdəki hərbi əməliyyatlarının memarı iranlı general Suriya qəssabə kimi atanınan Qasim Süleymani öldürüldükdən sonra pisləşdi.
Həmin zərbədə həmçinin İraqın silahlı qüvvələrə inteqrasiya olunmuş keçmiş hərbiləşdirilmiş Haşd əl-Şaabi rəhbərinin müavini Əbu Mehdi əl-Mühəndis də öldürülüb.
Onların öldürülməsi ilə bağlı apardıqları araşdırmaların bir hissəsi olaraq İraq məhkəmə sistemi 2021-ci ilin yanvarında Trampın həbsinə order verib.
Bağdadın ABŞ-la münasibətləri yaxşılaşdırmaq istəyinə baxmayaraq İraq məhkəməsi Trampın həbsinə olan orderi ləğv etməyib.