Bakı. ArabAZ:

Bakı şəhərində “Azərbaycan-İraq” Biznes Forumu başlayıb. ArabAZ xəbər verir ki, forumda Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov, İraq ticarət naziri Atar Davud Salman Əl Qrairi (Atheer Dawood Salman Al Ghrairi), AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, İraq ticarət palataları federasiyasının rəhbəri Abdularazaq Əl-Zuhiri və KOBİA-nın rəhbəri Orxan Məmmədov iştirak edir.

Qeyd edək ki, 20 noyabr 2023-cü il tarixində İraq Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycana rəsmi səfər edib. Bu, tarixdə ilk dəfə İraq Prezidentinin Azərbaycana səfəri olub. Səfər zamanı ticarət və enerji məsələləri, vizanın asanlaşdırılması müzakirə edilib.

Ölkələr arasında 5 sənəd imzalanıb, bunlar arasında 10 noyabr 2010-cu il tarixli ticarət, iqtisadiyyat, elm, texnika və mədəniyyət sahələrində əməkdaşlıq sazişi, 20 noyabr 2023-cü il tarixli hava əlaqəsi sazişi daxildir.

2023-cü ilin yekunlarına görə, iki ölkə arasındakı ticarət dövriyyəsi 19,6 milyon dollar təşkil edib. Azərbaycan İraqdan bitki və heyvan yağları, şəkər, kağız, karton, karton məhsulları, kakao idxal edir.

2023-cü ilin noyabr ayından Bakı-Bağdad uçuşları həyata keçirilir. 2 fevral 2024-cü ildən isə Bakı-Kərkük marşrutu üzrə uçuşlar başlayıb. Uçuşları “Iraqi Airways” həyata keçirir.

Bakıdan Ərbil və Bəsrə şəhərlərinə də aviareyslərin açılması planlaşdırılır.

Foto: TREND BİA

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version