BEYRUT,ArabAZ
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Baydenlə telefon danışığı edib. ArabAZ xəbər verir ki, Ağ Evin sözçüsü Karine Jean-Pierre bildirib ki, iki prezident arasında telefon danışığı “birbaşa və konstruktiv” olub və İrana mümkün hücumla bağlı danışıqları əhatə edib.
“İki prezident Qəzzada humanitar vəziyyəti müzakirə edublər” –deyə, Pierre bildirib.
Ağ Evin daha sonra verdiyi bəyanatda Bayden Netanyahudan Livanda mülki insanlara, xüsusən Beyrutda məskunlaşan ərazilərdə dəyən zərərin azaldılmasını təmin etməsini istənildiyi bildirilib.
Bəyanatda o da qeyd olunur ki, iki lider Qəzza zolağında “HƏMAS tərəfindən girovların azad edilməsi üçün təcili diplomatiyanın yenilənməsi zərurətini” müzakirə ediblər.