QÜDS,ArabAZ

Cənubi Afrika, İsrailin Qəzzada “soyqırımı” ilə bağlı “dəlilləri” Ədalət Məhkəməsinə təqdim edir,ArabAZ xəbər verir ki, bu haqda Cənubi Afrika Prezidenti Cyril Ramaphosanın ofisindən verilən yazılı açıqlamada deyilir.

 “Bu sənədlər İsrail hökumətinin Soyqırım Konvensiyasını necə pozduğunu göstərən dəlilləri ehtiva edir və İbrani dövləti bunu rədd edir. Sübutlar göstərir ki, İsrail tərəfindən törədilən soyqırım aktları konkret soyqırım niyyətinə əsaslanır”-deyə rəsmi açıqlamda deyilir.

Haaqa Beynəlxalq Məhkəməsi bazar ertəsi sənədi rəsmilərindən biri vasitəsilə aldığını təsdiqləyib, lakin əlavə təfərrüat vermək istəməyib.

Cənubi Afrikanın İsrailə qarşı qaldırdığı iddiaya bir neçə ölkə qoşulub: Boliviya, Kolumbiya, Liviya, İspaniya və Meksika. Beynəlxalq Məhkəmənin qərarları hüquqi qüvvəyə malik olsa da, məhkəmənin onları həyata keçirmək üçün konkret vasitələri yoxdur.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version