Bakı, ArabAZ
İordan çayının qərb sahilində dağılmış əraziləri bərpa etməyə başlamışıq.
ArabAZ xəbər verir ki, bu barədə Fələstinin baş naziri və xarici işlər naziri Məhəmməd Mustafa deyib.
Fələstin Baş Nazirliyindən verilən yazılı açıqlamaya görə, Mustafa işğal altındakı Qərb Şəriyənin Ramallah şəhərində Almaniyanın xarici işlər naziri Annalena Baerbock ilə görüşüb.
Mustafa və Baerbok İsrailin hücumu altında olan Fələstin torpaqlarında baş verən son hadisələri müzakirə ediblər.
Digər tərəfdən, Almaniya naziri Baerbok Qəzza zolağında atəşkəsin yaradılması, humanitar yardımların çatdırılması və İordan çayının qərb sahilindəki gərginliyin dayandırılmasının vacibliyini vurğulayıb.
Baerbok həmçinin ölkəsinin iki dövlətli həll və müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləməkdə qəti mövqeyini bir daha təkrarlayıb.