Bakı,ArabAZ

HƏMAS-ın Qəzza zolağındakı siyasi bürosunun rəhbəri Yəhya Əl-sSinvarı hərəkatın lideri seçməsi onun ən mürəkkəb və həssas bir şəraitdə daxildə və xaricdə hərəkata həqiqətən rəhbərlik edə bilməsi ilə bağlı bir çox suallar doğurdu.
Keçən oktyabrın 7-dən bu yana 1 nömrəli adam olaraq axtarılan, bölgənin simasını sanki dəyişdirən sürpriz hücumun memarı idi.

İsrail daim Əl-Sinvarın özünün və ailəsinin yaşadığı Qəzza zolağının cənubundakı Xan Yunisin tunellərində gizləndiyini söyləsə də, hərəkat bu ittihamları şərh etmir və sualları cavabsız qoyur.

Müharibə başlayandan bəri Əl-Sinvar İsrail ordusu tərəfindən yayımlanan və 7 oktyabr hücumundan bir gün sonra tunellərdən birində göründüyü video klipdən başqa heç yerdə görünməyib. Bundan sonra onun səsi eşidilməyib və adına imzalı heç bir məktub oxunmayıb.

Məsələ ondandır ki, HƏMAS-da heç kim Əl-Sinvarın dəqiq yerini bilmir. Lakin olduqca etibarlı şəxslər bunu bilirlər və lazım gəldikdə onunla hərəkatın digər rəhbərliyi arasında əlaqə yaradırlar. Bu kiçik dairə onun ehtiyaclarını təmin etmək və hərəkatın daxildə və xaricdəki liderləri ilə kompleks şəkildə ünsiyyətini təmin edir.

Ehtimal olunur ki, Yəhyanın qardaşı, “Əl-Qəssam”da yüksək rütbəli komandir olan Məhəmməd əs-Sinvar qardaşı Yəhyanən yerini bilir və əsas korrdinator da məhz odur.

Əl-Sinvar qardaşları 7 oktyabr hücumunun təşkilatçıları olduqları üçün İsrail tərəfindən axtarılır.

Amma diqqət çəkən odur ki, Yəhya Əl-Sinvar həm də kritik vəziyyətlərlə bağlı xüsusi hallarda hərəkatın liderləri ilə birbaşa telefon əlaqəsi saxlaya bilib.
Bütün bu məlumatlar İsrail ordusunda olsa da Əl-Sinvar hələ də zərərsişlədirilə bilməyib, çünki  Qəzza daxilində olan İsrail cəsusları belə nə Yəhyanən nə də onun qadaşının yerin üstündə və ya altında olduğunu bilmir.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version