Şənbə, 4 İyl 2026
ArabAZ
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZArabAZ
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Xəbər lenti » İraq büdcəsikorrupsionerlərdən geri alınacaq- Baş nazir

İraq büdcəsikorrupsionerlərdən geri alınacaq- Baş nazir

İyun 29, 2026 10:26 səhər
Paylaş
Paylaş

İraq Hökumətinin Baş naziri Əli Faleh əl-Zeydi, dövlət əmlakının və büdcə vəsaitlərinin qanunsuz mənimsənilməsinin qarşısını almaq və oğurlanmış pulları dövlətə geri qaytarmaq üçün korrupsiyaya qarşı mübarizəni qətiyyətlə davam etdirəcəklərini bəyan edib.

ArabAZ xəbər verir ki, İraq Nazirlər Kabinetinin ötən gecə keçirilən iclasından sonra rəsmi hökumət bəyanatında yer alan açıqlamasında Baş nazir vurğulayıb ki, son günlər həyata keçirilən irimiqyaslı əməliyyatlar korrupsiyaya qarşı mübarizənin hələ ilk mərhələsidir.
O, İraq xalqının maraqlarını qorumağa borclu olduqlarını və bu məsuliyyətdə heç bir güzəştə yol verilməyəcəyini bildirib.

“Mövcud vəziyyətə artıq səssiz qalmaq qeyri-mümkündür. İraq xalqının durumuna olan canıyanalığımız bizi vətəndaşlarımıza dövlət büdcəsinin güclü keşikçiləri olduğunu sübut etməyə və həmin vəsaitlərdən düzgün istifadə olunmasını təmin etməyə sövq edir”.-deyə o qeyd edib.

Əli əl-Zeydi İraqın uzun illər boyu müharibələr, xaos və terrorizmlə mübarizə dövrlərindən keçdiyini, lakin bu gün hökumətin tamamilə fərqli bir xətt götürdüyünü diqqətə çatdırıb. Onun sözlərinə görə, əsas hədəf İraq dövlətinin qüdrətini artırmaq, güc və silah tətbiqini yalnız dövlətin inhisarında saxlamaq və korrupsionerlərin dövlət orqanlarına sızaraq xalqın pulunu oğurlamasına birdəfəlik son qoymaqdır.

Baş nazir həmçinin gələn ilin dövlət büdcəsinin proqram əsaslı hazırlanması prosesinə başlamağa çağırıb. Yeni büdcədə elektrik enerjisi sektoruna daha çox vəsait ayrılacağını bildirən hökumət başçısı, cari il ərzində əlavə 2000 meqavatlıq enerji müqavilələrinin bağlanacağını və bununla da gələn il milli elektrik şəbəkəsinin vəziyyətinin xeyli yaxşılaşacağını qeyd edib.

Hökumətin bəyanatında o da bildirilir ki, Əli əl-Zeydi bütün nəzarət və təftiş orqanlarına tapşırıq verərək, nazirliklərin və dövlət qurumlarının fəaliyyətində hər hansı korrupsiya və ya səhlənkarlıq göstəricisi aşkarlandıqda dərhal hərəkətə keçilməsini tələb edib.

Xatırladaq ki, İraq təhlükəsizlik qüvvələri dünəndən etibarən genişmiqyaslı korrupsiya əməliyyatına başlayıb. Əməliyyat çərçivəsində aralarında böyük partiya liderləri, İraq Parlamenti üzvləri (millət vəkilləri) və yüksək rütbəli dövlət rəsmiləri də daxil olmaqla 47 nəfər həbs edilib və istintaq hələ də davam edir.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Digər xəbərlərİraqRedaktorun seçimi

Amidi Prezident İlham Əliyevə məktub ünvanlayıb

Müəllif:
ArabAZ News
Arab SportArab+İraq

İraq Millisi Dünya Çempionatına yola düşür

Müəllif:
ArabAZ News
İraq

İraqda üzən qaz platformasınıntikintisi gecikir

Müəllif:
ArabAZ News
İraqKim-kimdir

İraqın incisi – Dahi memar Zaha Hadid kimdir?

Müəllif:
ArabAZ News
ArabAZ
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.