Bakı,ArabAZ
Dünya “yol ayrıcında” dayanır və bunun yaradacağı problemlərə diqqət yetirməsək, pisləşən münaqişələrdən sonra “qaranlıq gələcəyə” doğru gedəcəyik. ArabAZ xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarı Volker Türk deyib.
“Ya indiki yolumuza davam edə, yeni və alşaldıcı vəziyyəti normal qəbul edib, qaranlıq bir gələcəyə gedə bilər ya da oyanıb vəziyyəti düzəldə bilərik. Vəziyyətin dəyişməsi Bizim xeyrimizə, bəşəriyyətin xeyrinə və planetin xeyrinə olacaq”-deyə Türk deiyb.
Bir çox münaqişələrin, xüsusilə də Qəzza, Ukrayna və Sudandakı müharibələrinə münasibət bildirən BMT rəsmisi qeyd edib ki, ölkələrin beynəlxalq hüquqa açıq-aşkar etinasız yanaşmasını qəbul edilməməlkidir.