Bakı, ArabAZ
Əbdülməcid Tebbunun prezident seçkilərində 94 faiz səs toplayaraq yenidən prezident seçilib.
ArabAZ xəbər verir ki, bu barədə Əlcəzairin Müstəqil Milli Seçki Administrasiyasının sədri Məhəmməd Şerefi mətbuat konfransında açıqlama verib.
Şerefi, Əlcəzairdə İslam yönümlü Sülh Cəmiyyəti Hərəkatının (MSP) namizədi Əbdüləli Həsəni Şərifin 3,17 faiz, Sosialist Qüvvələr Hərəkatının (FFS) baş katibi Yusuf Uşuşinin isə 2,16 faiz səs topladığını qeyd edib.
Şerefi, seçkilərə iştirak nisbətinin yüzdə 48 olduğunu açıqlayıb.