Çərşənbə axşamı, 21 İyl 2026
ArabAZ-Ən Yaxın Şərq
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZ-Ən Yaxın ŞərqArabAZ-Ən Yaxın Şərq
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
BƏƏ » Əbu-Dabi əmlak bazarında əməliyyat həcmi 32 milyar dollara çatdı

Əbu-Dabi əmlak bazarında əməliyyat həcmi 32 milyar dollara çatdı

İyul 20, 2026 6:56 səhər
Paylaş
Paylaş

Əbu-Dabinin daşınmaz əmlak sektoru bu ilin birinci yarısında güclü artım nümayiş etdirərək illik müqayisədə 112 faiz artımla 117 milyard dirhəmə (31.9 milyard dollar) çatıb.

ArabAZ xəbər verir ki, Əbu-Dabi Daşınmaz Əmlak Mərkəzi (ADREC) mətbuat üçün açıqlamasında bildirib ki, əmirlikdə həyata keçirilən əməliyyatların həcmi 2026-cı ilin birinci yarısında 2025-ci ilin eyni dövrü ilə müqayisədə 61.7 faiz artıb.

Əbu-Dabinin daşınmaz əmlak bazarına yönələn xarici birbaşa investisiyalar (XBİ) da kəskin sıçrayış edərək birinci yarımildə 309 faiz artımla 13.8 milyard dirhəmə çataraq 2025-ci ilin tam ili üzrə qeydə alınmış ümumi göstəricini geridə qoyub.

Son rəqəmlər Əbu-Dabinin xarici mülkiyyət hüquqlarının genişləndirilməsinə, bazar şəffaflığının artırılmasına və özəl sektorun inkişafının sürətləndirilməsinə yönəlmiş siyasətləri sayəsində regional investisiya mərkəzi kimi cazibədarlığını artırdığını göstərir.

“İnvestisiya qərarları əməliyyat baş tutmadan çox əvvəl formalaşır. Bu qərarlar bazarın, onun istiqamətinin və onu idarə edən qaydaların aydın şəkildə dərk edilməsi ilə başlayır. ADREC-də əsas diqqətimiz şəffaf tənzimləmə və etibarlı, güncəl məlumatlar vasitəsilə lap əvvəldən bu şəffaflığı təmin etməkdir”.-deyə ADREC-in baş direktoru Raşid Əl-Omeyra qeyd edib.

XBİ axını baxımından layihələrdə 116 müxtəlif ölkədən olan rezident olmayan investorlar iştirak edib; bu göstərici ötən ilin eyni dövründə 82 milliət təşkil edirdi. Əsas investor ölkələri arasında Böyük Britaniya, Çin və Rusiya ilə yanaşı ABŞ, Almaniya və Fransa yer alıb.

İnvestorların mülkiyyətinə açıq olan Əbu-Dabinin investisiya zonaları bu ilin birinci yarısında 75 milyard dirhəm cəlb edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 181 faiz çoxdur.

Artımın hərəkətverici qüvvəsi: Satış əməliyyatları

Birinci yarımildə əsas dinamikanı alqı-satqı əməliyyatları təmin edib. Bu sahədə 16,838 sövdələşmə üzrə 86.1 milyard dirhəm dəyərində əməliyyat aparılıb ki, bu da dəyər ifadəsində 163.7 faizlik artım deməkdir.

İpoteka əməliyyatları 8,876 sövdələşmə vasitəsilə 26.7 milyard dirhəm təşkil edərək illik müqayisədə 33.5 faiz artıb. “Müsataha” (torpaqdan istifadə hüququ) və uzunmüddətli icarə əməliyyatları 4 milyard dirhəmə, hədiyyə (bağışlanma) əməliyyatları isə 311.5 milyon dirhəmə çatıb.

Yeni layihələr bazarı genişləndirir

ADREC birinci yarımildə səkkiz yeni investisiya zonasını təsdiqlədiyini və bununla da Əbu-Dabi üzrə bu tür zonaların ümumi sayının 50-yə çatdığını açıqlayıb.

Mərkəz həmçinin 28 yeni daşınmaz əmlak layihəsini qeydiyyata alıb (illik 16% artım). İlin birinci yarısında daşınmaz əmlak mütəxəssislərinə 2,040 lisenziya verilib və əmirlikdə lisenziyalı brokerlərin ümumi sayı 3,302-yə yüksəlib.

Sonda qeyd olunub ki, “Madhmoun” platforması istifadəyə verildiyi gündən bəri 41,200-dən çox tənzimlənən daşınmaz əmlak reklam icazəsinin verilməsini təmin edərək bazar məlumatlarının keyfiyyətini artırıb.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

BƏƏRedaktorun seçimi

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib

Müəllif:
ArabAZ News
BƏƏDigər xəbərlər

BƏƏ və Səudiyyədən ortaq amfetamin əməliyyatı

Müəllif:
mail.azerpress@gmail.com
BƏƏ

BƏƏ xarici bankı 20 milyon dirhəm cərimələdi

Müəllif:
ArabAZ News
BƏƏ

Dubayda investor olmaq artıq daha asandır: Yeni viza qaydaları açıqlandı

Müəllif:
ArabAZ News
ArabAZ-Ən Yaxın Şərq
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.