ANKARA,ArabAZ
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampdan Kürdüstan Fəhlə Partiyasının (PKK) Suriya qolu olan Kürd Xalq Müdafiə Birliklərinə (YPG) Amerika dəstəyini dayandırmasını xahiş etdiyini açıqlayıb.ArabAZ xəbər verir ki,bunu Ərdoğan Trampla teıefon danışığı zamanı deyib.
Ərdoğan ABŞ-ın Suriya Demokratik Qüvvələrinin (SDQ) ən böyük qruplaşması olan YPG-yə dəstəyinin dayandırılmasının vacibliyini vurğulayıb və Türkiyənin təhlükəsizliyini təmin etməkdə güzəştə getməyəcəyini bildirib.
Qeyd edək ki, Ərdoğan Avropa Siyasi Birliyinin beşinci toplantısında iştirak etdiyi Budapeştdən qayıdarkən jurnalistlərə açıqlamasında : “Biz bu yeni dövrdə cənab Trampla müzakirələri davam etdirəcəyik və ABŞ-ın Suriyadan çıxarılması da daxil olmaqla, regional inkişafları müzakirə edəcəyik”-deyib.
Türkiyə prezidenti Ankaranın PKK-nın Suriya qolu olan PKK və YPG-dən gələn terror təhdidlərini zərərsizləşdirmək üçün ölkəsinin cənub sərhədi boyunca 30-40 kilometrlik təhlükəsizlik zonası yaratmağa sadiq olduğunu vurğulayıb.
“Terrorçuları hədəfə almaq və terroru mənbəyində məhv etmək üçün Suriya və İraqda səylərimiz amansızcasına davam edəcək. Cənub sərhədimizdə terror dəhlizinin yaranmasına imkan verməyəcəyik. Biz terroru sərhədlərimizdən kənarda da təqib edəcəyik”, – deyə Ərdoğan bildirib.
Məlumat üçün bildirək ki,Ankara YPG-ni Türkiyə, ABŞ və AB tərəfindən terror təşkilatı kimi təsnif edilən PKK-nın uzantısı hesab edir. Türkiyə hökuməti ardıcıl olaraq Vaşinqtonu ABŞ-ın İŞİD-ə qarşı mübarizədə həlledici müttəfiqi hesab etdiyi YPG-yə dəstəyini dayandırmağa çağırıb.