HƏLƏB, Arab.AZ
Silahlı müqavimətin ölkənin paytaxtına yaxınlaşması fonunda İranın dəstəyi ilə 500 mindən çox insanın ölümünə səbəb olan Bəşşar Əsəd Donald Trampdan kömək istəyib.
Arab.AZ xəbər verir ki, Əsəd Birləşmiş Ərəb Əmirliklərindəki vasitəçilərlə Trampa məktib göndərərək, hakimiyyətdə qalacağı təqdirdə İrandan və İranın dəstəklədiyi silahlı radikal şiə qrupları ilə əlaqəni kəsəcəyini bildirib.
Qeyd edək ki, bu gün günorta saatlarında Donald Tramp, “Suriyada baş verənlər bizim müharibəmiz deyil” deyə açıqlama verib.